Hikmət Hacıyev: "Qarabağ erməniləri ilə bağlı razılığın əldə olunması yalandır"

Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır".
KONKRET.az xəbər verir ki, bunu "report"a Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.
O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib:
"Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu".
H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir:
"Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik".
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!

Siyasi       Tarix: 08 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com