Hikmət Hacıyevdən Xocalıda tapılan kütləvi məzarlıqla bağlı - AÇIQLAMA
"Xocalıda daha bir kütləvi məzarlıq aşkar edilib. Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı".
KONKRET.az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də paylaşım edib.
Hacıyev qeyd edib ki, onların kimliyi DNT analizi ilə müəyyən ediləcək:
"Ermənistanın hərbi təcavüzü nəticəsində dörd minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumatı verməkdən imtina edir. Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir".
Prezident köməkçisi vurğulayıb ki, Ermənistan Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət olaraq məsuliyyət daşıyır:
"Ermənistan 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib".

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi