Hindistan düyü ixracını məhdudlaşdırır - Azərbaycanda bu məhsul bahalaşacaqmı?

Hindistan düyü ixracını məhdudlaşdırır - Azərbaycanda bu məhsul bahalaşacaqmı?Bu günlərdə Hindistan hökuməti ərzaq təhlükəsizliyini təmin etmək üçün ölkədən düyü ixracına məhdudiyyətlər qoyub, tədarükün təxminən 1/3-ni təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Bundan əvvəl - ötən ay isə rəsmi Dehli "Basmati" növü istisna olmaqla, ölkədən ağ düyünün ixracına qadağa qoymuşdu. Bəs bu qərarlar Hindistan düyüsünün idxalçılarından biri olan Azərbaycanda bahalaşmaya səbəb ola bilərmi?
azxeber.com report-a istinadən xəbər verir ki, rəsmi statistikaya əsasən, Azərbaycan ötən il 42,55 milyon ABŞ dolları dəyərində 50 min 236 ton düyü idxal edib ki, bunun 34,4 milyon ABŞ dolları dəyərində 37 min 586 tonluq hissəsini, yəni 74,8 %-i Hindistandan alıb. Bu ilin I yarısında isə Azərbaycanın düyü idxalının 87,8 %-i Hindistanın payına düşüb. 6 ay ərzində ölkəyə 32,5 milyon ABŞ dolları dəyərində 36,43 min ton, o cümlədən Hindistandan 28,85 milyon ABŞ dolları dəyərində 32 min ton düyü gətirilib.
Bu barədə açıqlama verən "Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev hesab edir ki, gələn ilin yazına qədər ölkədə düyünün qiymətində ciddi artım olmayacaq: "Yerli düyünün bazara çıxması ilə qiymət artımının qarşısını nisbətən ala biləcəyik. Artıq çəltik yığımına başlamışıq və oktyabrın sonuna qədər proses bitəcək. Bundan sonra həm köhnə, həm də təzə yığılan məhsulların emalına başlanılacaq və onlar bazara çıxarılacaq. Azərbaycanın illik çəltik istehsalı təqribən 14-15 min tondur. Bu rəqəmi 15-20 min tona çatdırsaq, düyünün qiymətinin tənzimlənməsinə kömək edəcək. Bu il bir az çətinliklər oldu. Gübrənin qiymətinin artması istehsala mənfi təsir etdi. Amma istehsalçılarımızın sayı artıb. Bu, bizə daha artıq məhsul əldə etməyə imkan verir".
Onun sözlərinə görə, hazırda Azərbaycanın düyüyə olan illik tələbatı 45-50 min tondur: "Bunun təxminən 15 %-ni daxili imkanlar hesabına təmin edə bilirik. Bu, çəltikçiliyə dövlət dəstəyi sayəsində mümkündür. Əhalinin bu sahəyə maraq artıb. Artıq çəltiyin emal sənayesini qurmaqla məşğuluq. Ölkəmizdə təqribən 4-4,5 min hektar ərazidə çəltik əkilir. Bu, azdır və artırmalıyıq. Çəltikçiliyin inkişafı üçün torpaq-iqlim potensialımız var. Lənkəran-Astara, Biləsuvar, Salyan, İmişli, Şəki-Zaqatala, Ağdaş kimi bölgələrimizdə çəltikçilik üçün imkanlar var. Çəltik sahələrinin bir hektarına görə fermerlərə dövlət 360 manat subsidiya verir. Amma gübrə qiymətinin artması ilə əlaqədar Assosiasiya olaraq dövlət qarşısında məsələ qaldırmışıq ki, bizə istehsal xərclərimizin 30-40 %-i qarşılığında subsidiya verilsin. Suvarma sistemi və texnika təminatı yaxşılaşsa, yaxın gələcəkdə tələbatımızın 50 %-ni yerli istehsal hesabına təmin edə bilərik".
"Azərbaycanda qanunla kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad edilsə də, nədənsə bu çəltikçiliyə və düyü istehsalına şamil edilmir", - deyə R.Əliyev əlavə edib.

İqtisadiyyat       Tarix: 30 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun xabarlar valyuta mezennesi 2026 qarabag