Hindistandan Azərbaycana dərman ixracı 96 faiz artıb

Hindistandan Azərbaycana dərman ixracı 96 faiz artıbHindistanın Azərbaycandakı səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil edib. Ölkənin müstəqilliyinin 75-ci ildönümünə həsr edilən vebinarın mövzusu "Əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığı" olub.
Azxeber.com-a Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə, Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) ilə birgə təşkil edilən tədbirdə 130-dan çox iştirakçı, o cümlədən Azərbaycanın müvafiq dövlət qurumlarının, iki ölkənin Azərbaycanın aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri iştirak edib.
Hindistan səfiri B.Vanlalvavna açılış nitqində ölkəsinin əczaçılıq sənayesinin qlobal əczaçılıq sektorunda hakim mövqedə olduğunu bildirib. İştirakçılara yeni əməkdaşlıq imkanları barədə məlumat verən səfir, Hindistanda hər gün 8 milyon RT-PCR testinin istehsal olunduğunu deyib. Əlavə edib ki, Hindistanın 200-ə yaxın əczaçılıq məhsulu Azərbaycanda artıq qeydiyyatdan keçib.
Səfir, Hindistanın sağlam iqtisadi artım nümayiş etdirdiyini və Beynəlxalq Valyuta Fondunun bu maliyyə ilində ölkəsinin iqtisadiyyatı üçün 9,5 faiz artım olacağını proqnozlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu iqtisadi artımın səbəbi Hindistan iqtisadiyyatında aparılan son islahatlar, o cümlədən yeni vergi qanunlarının təqdim olunması, İstehsal ilə əlaqəli Təşviq proqramları, İnkişaf üzrə Maliyyə İnstitutunun qurulması, əmək qanunlarının qəbul olunması, aktivlərin monetizasiyası proqramının işə salınması, telekommunikasiya sektorunda investisiya siyasətinin liberallaşdırılması və sair ola bilər.
Tədbirdə Azərbaycan Səhiyyə Nazirliyinin Analitika Ekspertiza Mərkəzinin Qeydiyyat və Ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov ölkəmizdə dərman qeydiyyatı prosesi barədə təqdimatla çıxış edib. Tarif Şurasının baş məsləhətçisi Vüsal Dəmirov Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi barədə danışıb.
Daha sonra, İcbari Tibbi Siğorta Agentliyinin Satınalma və təchizat şöbəsinin müdiri Rəşidə Abdullayeva Azərbaycanda əczaçılıq məhsullarının dövlət satınalması prosesi barədə məlumat verib.
"Pharmexcil"in Tənzimləmə Məsələləri üzrə direktoru Lakşmi Prasanna "Hindistan əczaçılıq sənayesi və onun dünyaya töhfəsi" mövzusunda təqdimatı zamanı Hindistan əczaçılıq formulalarının ixracının həcminə görə 3-cü, dəyərinə görə 10-cu yer tutduğunu və dünyanın aparıcı 20 qlobal generik dərman istehsalı şirkətinin 8-inin Hindistan şirkəti olduğunu bildirib. Eyni zamanda, o, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiya olunmuş aktiv əczaçılıq maddələrinin (API) 90 faizinı Hindistanın təmin etdiyini nəzərə çatdırıb.
Nəzərə çatdırılıb ki, 2020-ci ilin aprel ayından bu ilin mart ayınadək Hindistanın dərman məhsullarının qlobal ixracı 24,5 milyard dollar təşkil edib. Hindistan "Dünya czaçılığı" olaraq 200-dən çox ölkəni generik dərmanlarla təmin edir, həmçinin ÜST-ün peyvənd tələbatının 70 faizi Hindistandan alınır. Ölkə əhalisinə artıq 960 milyondan çox COVİD-19 peyvəndi vurulub, 90-dan çox ölkəni 66 milyon doza COVİD vaksini ilə təmin edib. 2021-ci ilin yanvar-iyul ayları ərzində Hindistan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 96 faizdən çox artımla 15,8 milyon dollar dəyərində dərman məhsulları ixrac edib. Bu dövrdə Hindistanın Azərbaycanın dərman bazarındakı payı 5,3 faizədək yüksəlib.

İqtisadiyyat       Tarix: 14 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun cəbhədən son görüntülər xəbər.az cəbhədən xəbər