Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükə

Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükə"ABŞ ilə İran arasında müəyyən razılıqlar əldə olunsa da, münasibətlər yenidən kəskinləşib və danışıqlar dalana dirənib.
Əgər ABŞ yenidən İrana hücum edərsə, strateji nəqliyyat marşrutlarında, xüsusilə İranın təsir imkanlarının olduğu dəniz yollarında ciddi ləngimələr və təhlükəsizlik problemləri yarana bilər. Bura ilk növbədə Hörmüz və Babül-Məndəb boğazları, eləcə də digər strateji keçid məntəqələri daxildir. Belə bir ssenaridə dəniz nəqliyyatı müxtəlif təhlükələrlə üzləşə, daşımalar ləngiyə və bu da ilk növbədə neftin və digər enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb ola bilər. Hazırda məsələ ətrafında müzakirələr davam etsə də, yekun razılıq əldə olunmayıb".
Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükəElmir Səftərov
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
"Hadisələr bu istiqamətdə inkişaf edər və yenidən hərbi qarşıdurma, hətta qısamüddətli münaqişə baş verərsə, neftin dünya bazar qiymətlərinin yenidən yüksəlməsi ehtimalı kifayət qədər yüksəkdir.
Babül-Məndəb boğazının tamamilə bağlanması real görünməsə də, həmin marşrutdan keçən gəmilərin təhlükəsizliyi ciddi risk altına düşə bilər. Bu boğaz qlobal ticarət baxımından mühüm əhəmiyyət daşıyır və hər gün böyük həcmdə neft, yük və konteyner daşımaları həyata keçirilir.
Bölgədə ABŞ və müttəfiq ölkələrin güclü hərbi-dəniz qüvvələri fəaliyyət göstərir və koalisiya çərçivəsində gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çalışırlar. Husilər bölgədə tam nəzarəti təmin etməsələr də, pilotsuz uçuş aparatları, qanadlı raketlər və digər vasitələrlə ticarət gəmilərinə hücumlar həyata keçirərək təhlükəsizlik riskləri yarada, daşımaların ləngiməsinə və marşrutların dəyişdirilməsinə səbəb ola bilərlər".
E. Səftərov bildirib ki, boğaz bağlanmasa da, bölgədə yaranan vəziyyət sığorta və daşınma xərclərini artıra, marşrutların dəyişməsinə, nəticədə isə neft, yanacaq və digər məhsulların bahalaşmasına səbəb ola bilər. Bu isə qlobal enerji bazarları üçün ciddi risk amilidir.
"Məhz buna görə də tərəflər arasında danışıqlar davam etdirilir. Çünki yeni hərbi qarşıdurma daha genişmiqyaslı iqtisadi və enerji böhranına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, ABŞ-nin strateji neft ehtiyatları son illərdə azalma tendensiyası göstərib və Vaşinqton bu ehtiyatları yenidən bərpa etməyə çalışır.
Hazırkı şəraitdə yeni müharibə baş verərsə, Qırmızı dənizdən keçən gəmilərin təhlükəsizliyinin zəifləməsi, eyni zamanda, Hörmüz boğazında daşımaların ləngiməsi və ya məhdudlaşdırılması Avropa və digər Qərb ölkələrinin enerji təchizatında ciddi problemlər yarada bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 18 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri