Hulusi Akar: 'Qarabağda atəşkəsin pozulması hallarını yaxından izləyirik
"İşğaldan azad edilmiş Qarabağ torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması hallarını və bununla əlaqədar bütün hadisələri yaxından izləyirik".
Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Nazir Azərbaycan və Türkiyənin dövlət başçıları, habelə müdafiə nazirləri səviyyəsində sıx müzakirələrin aparıldığını qeyd edib:
"Ölkə başçıları - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin mən və dəyərli müdafiə naziri Zakir Həsənovla gecə-gündüz demədən təmaslarımızı davam etdiririk. Dolayısıyla, azad edilmiş torpaqlarda atəşkəsin pozulması hallarını yaxından müşahidə edirik, tələbimiz və arzumuz isə ondan ibarətdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hallara son qoysun ve regiona sülh, əmin-amanlıq gəlsin".
Hulusi Akar, Azərbaycan və Türkiyənin daim sülhün və rifahın təmin edilməsi üçün lazımi addımları atdığını vurğulayıb:
"Bu mənada, qeyd etdiyimiz atəşkəsin pozulması hallarının heç kimə bir faydası yoxdur. Türkiyə olaraq biz, dünən də, bu gün də Azərbaycanın yanındayıq və onun haqlı mübarizəsini dəstəkləyirik. Bu dəstəyi sonadək davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın" - nazir, əlavə edib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı