"Human Rights Watch" təşkilatı Ermənistanın klastr bombalarından istifadə etməsi barədə hesabat yayımlayıb

"Human Rights Watch" təşkilatı Ermənistanın klastr bombalarından istifadə etməsi barədə hesabat yayımlayıb"Human Rights Watch" təşkilatı Ermənistanın klastr bombalarından istifadə etməsi barədə hesabat yayımlayıb
"Human Rights Watch" insan haqları təşkilatı dekabrın 15-də "Ermənistan Azərbaycana qarşı "klastr bombalarından istifadə edib" adlı hesabat yayıb. Hesabatda bildirilib ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Hesabatda standart beynəlxalq nəşrlərə istinadla yazılır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombaları atıb.
"Human Rights Watch" 2-ci Qarabağ müharibəsində Azərbaycanın da dörd hücumda klastr sursatlara əl atdığını sənədləşdirdiyini, hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyini bildirib. Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klastr bombalardan istifadə etmədiyini bildirib, üstəlik, yalnız hərbi hədəfləri vurduğunu bəyan edib.
Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov "Report"a bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn prinsipləri, o cümlədən müharibə aparılması qaydaları və ənənələri kobud surətdə pozulub.
"Human Rights Watch" təşkilatı Ermənistanın klastr bombalarından istifadə etməsi barədə hesabat yayımlayıbO qeyd edib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi, habelə Ermənistanın işğal olunmuş ərazilərində formalaşdırdığı idarəetmə qurumunun rəhbərləri Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədiblər:
"Buna görə Ermənistan dövlət olaraq hüquqi, siyasi və maddi məsuliyyət daşıyır. Hərbi cinayətləri törədən Ermənistan siyasi və hərbi rəhbərliyi, eləcə də onu icra edənlər hərbi cinayətlər edib və buna görə fərdi olaraq cinayət məsuliyyəti daşıyıralar. "Human Rights Watch" və digər insan hüquqlarını müdafiə edən təşkilatların bu cinayətlərlə, konkret olaraq müharibə zonasından 30-40-60-100 km və daha çox məsafədə yerləşən yaşayış məntəqələrini idarə olunan raketlərlə vurması, həmçinin qadağan olunmuş kütləvi ölüm və dağıntı törədən silah və sursatlardan istifadə etməsinə dair hesabatları Azərbaycan üçün beynəlxalq müstəvidə Ermənistana qarşı tələblər irəli sürməyə, eləcə də hərbi cinayətlər törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi işində ciddi sübut kimi gərəkli olacaqdır".
"Human Rights Watch" təşkilatı Ermənistanın klastr bombalarından istifadə etməsi barədə hesabat yayımlayıbS.Məmmədovun sözlərinə görə, adı gedən təşkilat hesabatında qərəzli yanaşmalara da yol verib və guya Azərbaycan tərəfinin qadağan olunmuş silahlardan bir neçə dəfə istifadə etməsini də göstərib:
"Əslində isə bu ermənilərin yalanlarına əsaslanan və sübutu olmayan məlumatlardır. Bu baxımdan tərəfləri bərabərləşdirmək cəhdi yolverilməzdir. Həmçinin raket atəşinə tutulan ərazilərin yaxınlığında hərbi məqsədlərə xidmət edən heç bir hərbi obyekt olmayıb. Bu isə Ermənistanın qəsdən əhalini, mülki infrastrukturu məhv etmək niyyətini açıq şəkildə ortaya qoyur. Qeyd olunduğu kimi Ermənistan dövlətinin siyasi və hərbi rəhbərliyinin, eləcə də hərbi cinayət əmrini yerinə yetirənlərin cinayət məsuliyyətinə görə yalnız fərdlər deyil, dövlət də məsuliyyət daşıyır. Bu baxımdan Ermənistanın hərbi cinayətlərində zərər çəkən insanlar həmçinin Ermənistan dövlətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyi təqdirdə "Human Rights Watch" və digər təşkilatların hesabatlarına istinad edə bilərlər".

Siyasi       Tarix: 16 dekabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun cəbhədən son xeber xeberler bu gun sonxabar