İcma: Ermənistanın işğalçılıq siyasəti yüz minlərlə insanı bələdiyyələrə seçib-seçilmək hüququndan məhrum edib

İcma: Ermənistanın işğalçılıq siyasəti yüz minlərlə insanı bələdiyyələrə seçib-seçilmək hüququndan məhrum edibİcma: Ermənistanın işğalçılıq siyasəti yüz minlərlə insanı bələdiyyələrə seçib-seçilmək hüququndan məhrum edib
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb. 
İcmadan daxil olan bəyanatda deyilir:
"Dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.
Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir.
Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib.
Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalına son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar. 
Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruçuluq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər.
O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq". /oxu.az

Siyasi       Tarix: 20 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber son xeberler bu gun xəbər.az son xabarlar