İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR

İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA nümayənədləri işgüzr İstanbul səfərində mühüm görüşlər keçirib.
azxeber.com xəbər verir ki, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının İstanbul səfəri çərçivəsində bir sıra görüşlər və tədbirlər keçirilib.
28 sentyabr tarixində İstanbulda işgüzar səfərdə olan İCMA İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının üzvləri İstanbul Ticarət Universitetini ziyarət ediblər.
İstanbul Ticarət Universitetinin Ahi Çələbi Kampusunda keçirilən proqram çərçivəsində iştirakçılar üçün xüsusi təlim təşkil olunub. Tədbirin açılışını universitetin Prorektoru Prof. Dr. Hanifi Parlar edib. Ardınca Prof. Dr. Murat Kasımoğlu tərəfindən "Dünyadakı inkişaflar işığında Türk dünyasında və qlobal bazarlarda investisiya imkanları" mövzusunda təlim keçirilib.
Təlim zamanı qlobal bazarlarda baş verən dəyişikliklər, Türk dünyasında investisiya imkanları və beynəlxalq iqtisadi proseslərin biznes mühitinə təsiri ilə bağlı mövzular diqqət mərkəzində olub. Təlimin ardından iştirakçılar üçün nahar təşkil olunub və görüş qeyri-rəsmi fikir mübadiləsi ilə davam edib.
Təlimin sonunda İCMA-nın "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının sədri Sevda Əlizadə tərəfindən Prof. Dr. Murat Kasımoğluna xatirə hədiyyəsi təqdim olunub.
Proqramın davamında İCMA nümayəndələri İstanbul Ticarət Universitetinin Sadabad (Sütlücə) Kampusunda rektorluqla görüş keçirib və kampusla tanış olublar. Görüş zamanı universitetin rektoru Prof. Dr. Nəcip Şimşek tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.
Universitetdə keçirilən proqramın yekununda İCMA ilə İstanbul Ticarət Universiteti arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Xatirə hədiyyələrini İCMA İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və "Tibb Müəssisələri və Həkimlərlə İş" komissiyasının sədri Sevda Əlizadə təqdim ediblər.
İşgüzar səfər çərçivəsində İCMA nümayəndələri İstanbul Ticarət Odasını da ziyarət ediblər. İTO-nun Baş katibi Prof. Dr. Nihat Alayoğlu ilə keçirilən görüşdə qarşılıqlı tanışlıq baş tutub, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə yanaşı, qarşılıqlı xatirə hədiyyələri də təqdim olunub.
İCMA-nın İstanbul səfəri çərçivəsində keçirilən görüş və tədbirlər Azərbaycan və Türkiyə arasında işgüzar əlaqələrin inkişafına, yeni tanışlıqların qurulmasına, təcrübə və fikir mübadiləsinin genişləndirilməsinə, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib.
İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLARİCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR

İqtisadiyyat       Tarix: 02 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az azerbaycanda son xeberler beynelxalq bank mezenne son xeberler bugun 2026 azerbaycan