İcra başçısı "Bilik Günü" münasibəti ilə şəhid və qazi övladlarıyla görüşdü - FOTOLAR
Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Vüqar Novruzov yeni tədris ilinin başlanması münasibəti ilə şəhid və qazi övladlarını təbrik edib.
Azxeber.com xəbər verir ki, icra başçısı məktəbliləri qarşıdan gələn "Bilik Günü" münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib, Ümummilli lider Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" şüarını rəhbər tutaraq ölkəmizdə uşaqların yetişməsinə hər zaman dövlətin xüsusi diqqət və qayğısını vurğulayıb.
Bildirildi ki, 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu-sizin qəhrəman atalarınızın şücayəti nəticəsində əzəli əbədi torpaqlarımız düşməndən azad oldu, xalqımız Şanlı Zəfər çaldı.
Tədbir 15 sentyabr paytaxt Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə eyni günə təsadüf etdiyindən məktəblilər hər zaman olduğu kimi fəxr və qürur hissi ilə Azərbaycan-Türk bayraqlarını dalğalandırdılar.
Şəhid ailələri, qazilər onlara göstərilən diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məktəblilərə "Oyal"-ın çanta və dərs ləvazimatları təqdim olunub.
Tədbirin həyata keçirilməsində göstərdiyi dəstəyə görə "Naftalan Müalicə və Sağlamlıq" Mərkəzinə təşəkkürümüzü bildiririk.







Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR