İcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılması ilə bağlı AÇIQLAMA

İcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılması ilə bağlı AÇIQLAMAİcra hakimiyyətindən Bakıda zibillərin küçəyə atılması ilə bağlı AÇIQLAMA
Binəqədi Rayon İcra Hakimiyyəti G.Ramazanov küçəsi, döngə 2 ünvanında məişət tullantıları üçün nəzərdə tutulmuş yerdə zibil yeşiklərinin olmaması nəticəsində yaranmış antisanitariya vəziyyəti ilə bağlı məlumata münasibət bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq icra hakimiyyətindən bildirilib ki, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 2 ünvanında tullantı konteynerlərinin olmaması ilə bağlı işıqlandırılmış xəbər Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb:
"Məlumat üçün qeyd edək ki, rayon ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş meydançaların təmizlənməsi mütəmadi olaraq həyata keçirilir. Bundan əlavə, məsul şəxslər tərəfindən monitorinqlər aparılır və ərazidə aşkar edilən tullantılardan ibarət poliqonlar davamlı olaraq təmizlənir.
Həmin ərazinin tullantılar üçün nəzərdə tutulmamasına və yaxınlıqda konteynerlərin mövcud olmasına baxmayaraq, sakinlər tərəfindən əraziyə mütəmadi olaraq tullantıların atılması davam edir".
"Qeyd etmək istərdik ki, hazırda həmin ərazi tullantılardan təmizlənib. Sakinlərimizə tullantıları ətraf ərazilərə atmamağı və yaxınlıqda olan məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərdən istifadə etməyi tövsiyə edirik", - deyə qurumdan qeyd olunub.
İlhamə Əbülfət

Sosial       Tarix: 04 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı sonxeber cəbhədən son xəbərlər 2026 havanın temperaturu