İcra hakimiyyətindən şəhidin xatirəsinə hörmətsizlik iddiasına CAVAB: İlqar Mirzəyevin barelyefi hazırlanır
İcra hakimiyyətindən şəhidin xatirəsinə hörmətsizlik iddiasına CAVAB: İlqar Mirzəyevin barelyefi hazırlanır
Sosial şəbəkədə bu il iyulun 14-də Tovuzda gedən döyüşlərdə şəhid olan polkovnik İlqar Mirzəyevin yaşadığı evin qarşısında abadlıq işləri çərçivəsində qoyulan skamyaların, işiqlandırmanın götürüldüyü qeyd olunub.
Söhbət Xətai rayonu, Babək prospekti 13 (ATS ilə üzbəüz) ünvanından gedir.
İddia edilir ki, şəhidin qırx mərasiminə qədər ərazidə səliqə-səhmanın qorunmasına diqqət edilib, yaxınlıqda məişət tullantıları üçün konteynerlər qoyulub, abadlıq işləri və küçənin işıqlandırılması üçün tədbirlər görülüb. Lakin qırx mərasimi başa çatdıqdan sonra əraziyə qoyulan skamyalar, zibil konteynerləri və işıqlandırma naməlum şəxslər tərəfindən sökülüb.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-a açıqlamasında məsələnin tamamilə yanlış şəkildə təsvir edildiyini deyib:
"Sözügedən ünvanda, eləcə də rayonun digər küçələrində abadlıq işləri planlaşdırılır. Bu çərçivədə şəhid polkovnik İlqar Mirzəyevin də yaşadığı küçədə abadlıq işlərinə hazırlıq görülür. Polkovnikin qırx mərasiminə qədər işlər müvəqqəti olaraq dayandırılmışdı. Artıq yenidən ərazidə hazırlıq işləri davam edir. Bu iddialar əsassızdır. Heç bir halda şəhidimizin xatirəsinə qarşı hörmətsizlikdən söhbət gedə bilməz. Qırx mərasiminə qədər icra hakimiyyətinin nümayəndələri ailənin yanında olub. Hətta tərəfimizdən polkovnik İlqar Mirzəyevin barelyefinin hazırlanması istiqamətində tapşırıqlar verilib. Şəhid polkovnikin barelyefi yaşadığı binaya vurulacaq".
Könül Cəfərli
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb