İcra katibi: 'Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir
"Azərbaycan MDB-də fəal və konstruktiv rol oynayır. Ölkə rəhbərliyi müzakirəyə və sonradan icraya yönəldilən sənədlərin əksəriyyətinə müsbət yanaşır. Bu gün Azərbaycan MDB-nin iqtisadi inkişafında mühüm yerə malikdir".
Bunu "Report"un Rusiya bürosuna MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev bildirib.
Diplomat qeyd edib ki, MDB-nin fəaliyyətində geniş yer tutan mədəni və humanitar sahədə bir çox mühüm tədbirlərə Bakı ev sahibliyi edir: "Həmçinin Azərbaycan dövlətlərarası humanitar əməkdaşlıq fondunun yaradılmasında da yaxından iştirak edib, fondun sədri vəzifəsində də uzun illər ərzində MDB məkanında böyük hörmət sahibi olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub".
"Azərbaycan xalqına əmin-amanlıq, səadət, rifah arzulayıram. Azərbaycanın MDB çərçivəsində əməkdaşlığımızda bundan sonra da yaxından iştirak edəcəyinə şübhə etmirəm" – deyə MDB icra katibi vurğulayıb.
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı