IDEAL-ın "Hədiyyəli İspaniya Günləri" lotereyasında iştirak etməyə tələsin!
IDEAL-ın "Hədiyyəli İspaniya Günləri" lotereyasında iştirak etməyə tələsin!
Azərbaycan bazarına dünyanın aparıcı brendlərinin kosmetika və parfümeriya məhsullarını təqdim edən milli riteyl şirkəti olan "IDEAL" yeni uduşlu lotereya və endirim kampaniyası elan edib.
"Hədiyyəli İspaniya Günləri" adlı lotereya 21 oktyabr -19 noyabr tarixlərində IDEAL mağazalar şəbəkəsində keçirilir.
Lotereyada iştirak etmək üçün müştərilər "IDEAL" bredi altında fəaliyyət göstərən mağazalarda "TOUS", "DESIGUAL", "EL GANSO", "HALLOWEEN" və "ARABIAN NIGHTS" markalarından 50 manat və daha böyük məbləğdə alış-veriş etməlidirlər. Alıcılar 50 manat dəyərində alış-veriş etdikləri halda "IDEAL" mağazalarından hədiyyə qazanırlar.
Bununla yanaşı, lotereya müddətində sözügedən brendlərin məhsullarını 50% endirimlə əldə etmək imkanı təqdim edilir.
Kampaniya çərçivəsində, müştəri aldığı məhsulların qəbzləri sayında əvvəlcədən nömrələnmiş lotereya bileti doldura bilər. İştirakçılar doldurduqları lotereya biletini, alış-veriş üzrə aldıqları qəbzlərlə birgə mağazada yerləşdirilmiş şəffaf şüşə qutuya atmalıdırlar. Hər lotereya bileti 2 hissədən ibarətdir: alıcı tərəfindən doldurulmuş, qutuya atılacaq əsas hissə və müştəriyə verilən digər hissə.
Sonda müştərilər biletlərlə, noyabrın 20-də Gənclik Mallda yerləşən "IDEAL" parfümeriya və kosmetika mağazasında keçiriləcək tirajda iştirak edəcəklər. Lotereyada, bir ədəd, əsas hədiyyə olan 2 nəfərlik, 3 günlük Barselona səyahəti, 5 ədəd SAMSUNG A80 smartfonu, 2 ədəd TOUS pul qabı, 4 ədəd TOUS çanta, 1 ədəd TOUS üzük, 2 ədəd TOUS qolbaq oynanılır.
Qaliblər hədiyyələrini almaq üçün şəxsiyyət vəsiqələrini və lotereya biletlərinin onlarda qalan hissəsini tirajın keçirildiyi ünvana uduş fondu oynanıldıqdan 90 iş günü ərzində təqdim etməlidirlər. Qalib müraciət etdikdən sonra 7 iş günü ərzində hədiyyə ona təqdim ediləcək. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb