İdman komplekslərində 15 milyon manat səmərəsiz idarə olunub
Olimpiya idman komplekslərində maliyyə və idarəetmə sahəsində ciddi nöqsanlar üzə çıxıb.
azxeber.com "APA-Economics"ə istinadən xəbər verir ki, Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən olimpiya idman komplekslərində (OİK) aparılan audit zamanı ciddi maliyyə pozuntuları və idarəetmə boşluqları müəyyən edib.
Audit 2022–2025-ci illəri əhatə etməklə 15 mln. manat vəsaiti əhatə edib.
Hesabatda qeyd olunur ki, OİK-lərin fəaliyyəti üzrə strateji planlaşdırma aparılmayıb, tarif siyasəti əsaslandırılmayıb və gəlirlərin böyük hissəsi subsidiyalardan asılı vəziyyətdə qalıb. Bir çox hallarda qiymətlər xərclər nəzərə alınmadan müəyyən edilib.
Eyni zamanda, maliyyə hesabatlarının əksər komplekslərdə tərtib edilmədiyi, gəlirlərin bir hissəsinin rəsmiləşdirilmədən nağd qəbul olunduğu və vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən olunub.
Palata qeyd edir ki, idman infrastrukturu genişlənsə də, məşğul olanların sayı azalır ki, bu da mövcud potensialdan səmərəli istifadə olunmadığını göstərir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb