İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirildi

İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirildi16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.
F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib. Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.
Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.
Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.
"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması", "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.
"1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik" adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və "Xocalıya ədalət" ictimai kampaniyasına dəstək ifadə olunur.
57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş "Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum" adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

Siyasi       Tarix: 18 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımında

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq - İlham Əliyev 

"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim"

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır. Report-a istinada xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefu

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe son xeberler bu gun cəbhədən görüntülər bu gunun xeberleri haqqinda melumat