İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.
azxeber.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.
Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlət başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.
Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulayıb.
Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARİlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARİlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARİlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARİlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARİlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLARİlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Siyasi       Tarix: 05 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Ərdoğandan Bayraqdara: Kürəkənimə dedim ki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Texnofest 2026" festivalının Şanlıurfa şəhərində keçirilməsi məsələsi ilə bağlı danışıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ərdoğan çıxışı zamanı "Baykar"ı

Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu

Ermənistan sülhdən və Azərbaycanla qonşuluq münasibətləri qurmaqdan danışdığı bir vaxtda BMT tribunasından Azərbaycanda cinayət əməllərinə görə məhkum edilmiş 19 erməni cinayətkarın məsələsini yenidən gündəmə gətirib. xəbə

Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. Bakı Ağır Cinayətlər Məhkəməsind

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. xəbər verir ki, səfir etimadnaməsin

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi həbs edildi

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib. Ermənistan mediasının xəbərinə görə, məhkəmə istintaqın vəsatətini təmin edib, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib

"Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələsi idi" – Deputat

"Cəbrayılın coğrafi mövqeyi onun iqtisadi və logistika əhəmiyyətini də artırır". xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümü ilə bağl

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər cəbhədən son məlumatlar iqtisadiyyat xeberleri bugun bugünki xəbərlər