Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu

Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurduErmənistan sülhdən və Azərbaycanla qonşuluq münasibətləri qurmaqdan danışdığı bir vaxtda BMT tribunasından Azərbaycanda cinayət əməllərinə görə məhkum edilmiş 19 erməni cinayətkarın məsələsini yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Paruyr Ovannisyan BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin ümumi debatlarında çıxışı zamanı Azərbaycanda saxlanılan 19 erməni cinayətkarın məsələsini qaldırıb.
Ovannisyan bildirib ki, sülhün möhkəmləndirilməsi istiqamətində səylər davam etsə də, bir sıra məsələlər hələ də həllini gözləyir. O, 19 erməninin saxlanılmasını, itkin düşmüş şəxslərin taleyinin və yerinin müəyyənləşdirilməsini, eləcə də "məcburi yoxaçıxmalar"la bağlı məsələləri sadalayıb.
Söhbət Azərbaycan ərazisində törədilmiş cinayət əməllərinə görə təqsirli bilinərək məhkum edilmiş şəxslərdən gedir. Onların arasında Azərbaycanın bütün dünya tərəfindən tanınmış suveren ərazisində yaradılmış qanunsuz separatçı qurumda özlərini "prezident", "dövlət naziri", "parlament sədri", "müdafiə naziri", "general" və digər qondarma vəzifələrin sahibləri elan edənlər də var.
Bu şəxslərin cinayət əməlləri məhkəmələrdə araşdırılıb və barələrində hökmlər çıxarılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət, separatçılıq, qanunsuz silahlı birləşmələrin yaradılması və fəaliyyəti, terrorçuluq, müharibə və digər ağır cinayətlərlə bağlı əməllərə hüquqi qiymət verilib.
Burada Ermənistan qarşısında çox sadə sual yaranır: BMT indi yadınıza düşdü?
Azərbaycan torpaqları təxminən 30 il işğal altında olduğu dövrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr niyə yada düşmürdü? BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləmiş, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etmişdi.
822 saylı qətnamədə Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması tələb edilirdi. 853 saylı qətnamədə Ağdamın və Azərbaycanın digər ərazilərinin ələ keçirilməsi pislənilir və işğalçı qüvvələrin dərhal və tam çıxarılması tələb olunurdu. Sonrakı qətnamələrdə də bu tələblər bir daha təsdiqlənmişdi.
BMT qətnamələrinə bu qədər həssas olan Ermənistan həmin sənədlərin tələblərinin yerinə yetirilməsi üçün niyə addım atmırdı? Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması məsələsi niyə təxminən 30 il ərzində həll edilmədi?
Bu gün BMT tribunasından 19 erməni cinayətkarın məsələsini qaldıranlar həmin BMT-nin Azərbaycan torpaqlarının işğalı dövründə qəbul etdiyi qətnamələrə də eyni həssaslığı göstərməli idilər. BMT-yə və onun qərarlarına bu qədər önəm verilirdisə, həmin qətnamələrin tələbləri vaxtında yerinə yetirilməli, Azərbaycan ərazilərindəki qanunsuz silahlı qüvvələr çıxarılmalı idi.
Azərbaycan təxminən 30 il bu qətnamələrin icrasını gözlədi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi.
Suverenlik tam bərpa edildikdən sonra Azərbaycan ərazisində qanunsuz separatçı strukturlarda fəaliyyət göstərmiş şəxslər saxlanıldı, məhkəmə qarşısına çıxarıldı və törətdikləri cinayət əməllərinə görə məhkum edildilər.
Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində qanunsuz separatçı rejim quraraq özlərini qondarma "prezident", "nazir", "general" və digər vəzifələrin sahibləri elan etmiş şəxsləri niyə müdafiə edir? Onların Azərbaycan ərazisində nə işi var idi?
Əgər Ermənistan Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyırsa, Azərbaycan ərazisində qondarma rejimin rəhbərləri kimi fəaliyyət göstərmiş və cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin azadlığını tələb etməsi bu mövqe ilə açıq ziddiyyət təşkil edir. Belə şəxslərin müdafiəsinin Ermənistanın rəsmi səviyyəsində davam etdirilməsi isə İrəvanın bəyan etdiyi sülh və qarşılıqlı ərazi bütövlüyünün tanınması siyasətinin nə dərəcədə ardıcıl olması barədə ciddi suallar yaradır və Azərbaycanda revanşist yanaşmaların hələ də tam aradan qalxmadığı qənaətini daha dangücləndirir.
Ermənistan Azərbaycanla həqiqətən sülh və normal qonşuluq münasibətləri qurmaq istəyirsə, keçmiş separatizmin və onun nümayəndələrinin müdafiəsini siyasi gündəmdə saxlamaqdan geri çəkilməlidir.

Siyasi       Tarix: 05 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır

Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Szinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəy

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb - Yenilənib

3 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb.  xəbər verir ki, bu barədə Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETAL

Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi davam edərkən, hazırda Ermənistanın nəzarətində olan Kərki kəndinin taleyi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna ai

Ərdoğandan Bayraqdara: Kürəkənimə dedim ki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Texnofest 2026" festivalının Şanlıurfa şəhərində keçirilməsi məsələsi ilə bağlı danışıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Ərdoğan çıxışı zamanı "Baykar"ı

YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdi

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. xəbər veri ki, Təftiş Komissiyasının yeni tərkibi aşağıdakı kimidir:. Naqif Həmzəyev. Həsən Həsənov. Aydın Hüseynov. Badam Hüseynova. Məlahət İbrahimqızı 

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat


yeni xeberler azerbaycan xeberleri son xeberler qarabag axsam.az xeberler sonxeber.az