Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edibPrezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verir. Cari ilin iyulunda Almaniyaya səfərim zamanı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələsinin – strateji tərəfdaşlığının əsasını qoydu.
Fəal siyasi dialoqumuz ölkələrimiz arasında iqtisadi-ticari, enerji, nəqliyyat, bağlantılar, sərmayə, humanitar və digər sahələrdə əməkdaşlığa töhfə verərək, eyni zamanda Avrasiya qitəsində də qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində və enerji sektorunda səmərəli işbirliyimizdə böyük rol oynayır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Almaniya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram". / azxeber.com

Siyasi       Tarix: 04 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik

Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək. xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Səfə

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə -a BDU-nun mətbuat xidmətindən məlumat verilib. Tədbiri açan BDU-nun rektoru Elçin Babaye

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib

İranın daxili işlər naziri İsgəndər Momeni göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə İsgəndər Momeni İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edib ki, Azərbayc

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məluma

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. xəbər verir ki, bu barəd

"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. . Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb. Paşinyan bildirib ki, sülh sazişinin imzalanmas

İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. xəbə

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması məsələsinə yenidən toxunaraq, iki ölkə arasında sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu açıqlayıb. O bildirib ki, Azərbaycanla sülh sazişini


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri kriminal xeber ən son xəbər sonxəbərlər