III MDB Oyunlarının Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb
Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb.
azxeber.com-un məlumatına görə, Təşkilat Komitəsinin sədri vəzifəsinə gənclər və idman naziri təyin edilib.
Bundan başqa, Sərəncama əsasən, təşkilat komitəsinə fövqəladə hallar nazirinin, maliyyə nazirinin, mədəniyyət nazirinin, iqtisadiyyat nazirinin, daxili işlər nazirinin, rəqəmsal inkişaf və nəqliyyat nazirinin, elm və təhsil nazirinin, xarici işlər nazirinin, gənclər və idman nazirinin, səhiyyə nazirinin, Dövlət Gömrük Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Dövlət Miqrasiya Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Turizm Agentliyi sədrinin müavinləri tətin ediliblər.
Təşkilat komitəsində həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini, Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun müavini, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "CBC Sport" televiziya kanalının baş direktoru təmsil olunacaqlar.
Dövlət başçısnın imzaladığı sənədə əsasən, təşkilat komitəsinə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə, Gəncə, Şəhər, Goranboy, Göygöl, İsmayıllı, Qazax, Qəbələ, Mingəçevir, Naftalan Şəhər, Şəki Şəhər, Şəmkir, Tərtər, Tovuz rayonları, Yevlax Şəhər icra hakimiyyətləri başçılarının müavinləri daxil ediliblər.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı