İİV Azərbaycanda ən çox bu ərazilərdə yayılıb
İİV Azərbaycanda ən çox bu ərazilərdə yayılıb
Azərbaycanda İİV-in (İnsanda immunçatışmazlığı virusu) yayılma göstəricisinin yüksək olduğu ərazilər məlum olub.
Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, bunun səbəbi ölkəyə daha çox cənubdan narkotikin keçirilməsi ilə bağlıdır:
"Yoluxma göstəricisi Şirvanda 52,9 faiz, Hacıqabulda 31,2 faiz, Astarada 26,4 faiz, Mingəçevirdə 13,4 faiz, Xızıda 11,3 faiz, Göyçayda 10,8 faiz, Lənkəranda 20,9 faiz, Sumqayıtda 16,4 faiz, Yevlaxda 14,2 faiz, Bakıda isə 7,5 faizə bərabərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23,6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75,7 faizi regionlarda yaşayır. 0,7 faiz şəxsin isə ərazi mənsubiyyəti naməlumdur".
"Cənub zonasında əhali az olduğuna görə, yeni yoluxma faizi yüksəkdir. Əhali sayı paytaxtda iki milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır", - deyə N.Zülfüqarov qeyd edib.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb