İki gəncin taleyini valideynləri yazdı: Biri həbsə, o biri qara torpağa

İki gəncin taleyini valideynləri yazdı: Biri həbsə, o biri qara torpağaİki gəncin taleyini valideynləri yazdı: Biri həbsə, o biri qara torpağa
Günay Malikqızı yazır...
İndi hamı deyəcək günah öləndədir... 16 yaşlı qızın ərdə nə işi var? 
Məncə, 16 yaşlı Fatiməni öz atası öldürüb. Ya da İmanın atası öldürüb o balaca qızcığazı, atır oğlunun üstünə…
Masallıda iki uşağın taleyini alt-üst edən valideynləri həbs etmək lazımdır. Valideynlər o qızı öldürüb, o uşağı da həbsxanaya saldılar. 
16 yaşında qızın ərdə nə işi var? 
Bir il nişanlı olubsa, 15 yaşından bu qız "gəlin" statusu ilə yaşayıb. Qız o yaşda hələ təhsil almalıdır, ev işlərini öyrənməlidir. Özü böyüməlidir ki, sabah uşaq böyüdə bilsin. İndi mənə nağıl danışmayın ki, nənələrimiz 9-14 yaşında ərə gedirmişlər. O vaxt indi misal gətirdiyimiz çoxlu nənəni güclə ərə veriblər. Biz də bunu təkrarlaya-təkrarlaya edirik ki, iş bilmişik. 
Bəs oğlan? 
İndi hamı onu qınayır. Qatildir. Axı bu yaşda heç də hamı nə etdiyini tam, axıra qədər qavraya bilmir. 
Xatırlayın, məhz 18-19 yaşında etdiyimiz səhvlərlə həyatı öyrənirik. Amma İmandan fərqimiz ondadır ki, o yaşda ali məktəbdə, işdə, ya da yenicə tanış olduğumuz sevgilimizlə səhv edirik. O isə artıq evlidir. Bir ömür boyu davam edəcək bir məsələnin məsuliyyəti üstündədir.
19 yaşında oğlan əsgərlikdə olmalıdır. Həyatın müxtəlif üzü ilə tanış olmalıdır. Təhsil almalıdır, orada qızlarla tanış olmalıdır. Qarşılıqsız sevməlidir, məyus olmalıdır. Qızlarla, qadınlarla rəftarı öyrənməlidir. Nəticədə, iki gəncin taleyini valideynləri belə yazdılar. Biri həbsə, o biri isə qara torpağa...
Kişi olmaq üçün ancaq evdə arvad lazım deyil… Bu yazığa kişiliyini dərk etməsi üçün vaxt verilməlidir. 
Qız olmaq ancaq uşaq doğmaq deyil… O uşağı düzgün böyüdə bilmək vacibdir. Qızın cənazəsinə onun nişanında "hə"sini verən də, evliliyə layiq görən də buraxılmamalıdır…. 
Valideynləri həbs edin ki, başqa 14-16 yaşlı gəlin, 18-19 yaşlı bəy atası-anası olmağın cinayət olduğunu bilsinlər. /oxu.az

Sosial       Tarix: 30 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar