İkidiplomlu sərgərdanlar - kommunizmin mirası

İkidiplomlu sərgərdanlar - kommunizmin mirasıİkidiplomlu sərgərdanlar - kommunizmin mirası
Aqşin Yenisey yazır...
Bir dəfə kimsə məndən soruşdu ki, elmin arxasınca niyə getmədin? Səndən yaxşı məntiq alimi olardı. Mən bu suala cavab axtaranda dünya artıq özünün milyoner alimlərini yetişdirməyə başlamışdı. Biz tərəflərdə isə ikidiplomlu işsizlərin dövrü idi.  
"Ümidsizlikdən" deyib yaxamı cavabdan qurtardım.  
Kapitalizm fəlsəfi oturuşmayan cəmiyyətlərdə milyonlar qazanmaq bəxtə və şansa bağlı bir uğurdur. Belə cəmiyyətlərdə yaradıcı başlar yox, diribaşlar daha çox pul qazana bilir. Hətta başının boş olmağına baxmayaraq, diri başdırsa, qızıl quşu gözündən vuracaqsan.  
Tariximizi oxuyanlar bilir, XX əsrin əvvəllərində Bakıda milyonçu olmaq üçün Abşeronda balaca bir torpaq sahənin olması kifayət idi. O dövrdə milyoner olanların çoxu, sadəcə, həyətində qazdığı quyudan üzünə neft fontan vuran adamlar idilər. Heç bir mühəndislik bacarağı tələb etməyən əl quyularından çıxarılan bu nefti Rotşild ailəsinə, yaxud Nobel qardaşlarına satıb qısa müddətdə varlanırdılar. Bu barədə Manaf Süleymanovun "Oxuduqlarım, eşitdiklərim, gördüklərim" kitabında daha geniş yazılıb. Yəni varlanmaq, milyoner olmaq üçün xüsusi savada, biliyə ehtiyac yox idi o dövrdə. 
Bəlkə də, Bakı bolşevik rusların deyil, kapitalist ingilislərin himayəsində qalsaydı, bizdə də, məsələn, Hindistanda olduğu kimi elm milyonlar qazanmağın ən doğru yollarından birinə çevriləcəkdi. Ancaq bu dəfə də işləri bolşevik ruslar korladı. Müəllimə uzağı iki yüz manat maaş verməklə elmin molyanlara, eyni zamanda inkişafa gedən yolunu bağladılar.  
İkidiplomlu işsiz mütəxəssislər də həmin bu sovet təhsil sisteminin yetirmələri idilər. Daha sonra ikidiplomlu və işsiz olmaq post-sovet ölkələrində emosinal bir pərəstiş mənbəyinə, humnitar bir dəbə çevrildi. İkidiplomla işsiz olmaq istimai-sosial bir üstünlük sayılmağa başladı. Hətta bəziləri bəlkə də işləmək, cəmiyyətdə lovğalanmaq, barmaqla göstərlimək üçün ikinci diplomu da alıb müqəddəs kitab kimi qoymuşdu qonaq otağındakı yükün başına.  
Kapitalizm dünyasında universitetdən qovulan, amma elmi, texnoloji ixtiraları ilə barmaqla göstərilənlərin əvəzinə bizim sosialst cəmiyyətdə iki, üç universiteti fərqlənmə diplomu ilə bitirib işsiz gəzənlər tutmuşdu.   
Məsələn, qardaş ölkə Türkiyəinin təbii sərvət yoxdur, üstəgəl, o vaxt Nazim Hikmətə də icazə vermədilər ki, burada kolxoz hökuməti qursun. Türkiyə kapitalizmi qorudu və bu gün bu ölkədə varlanmağın yolu intellektual əməklə məşğul olmaqdan keçir. Universitet bitirməyən adam bu ölkədə milyoner olmaq şansından məhrumdur.  
Bu gün nə yaxşı ki, Azərbaycan gəncləri də ömürlərini təbii sərvətlərin əlçatanlığına bağlamırlar. Artıq azərbaycanlı gənclər, sözün əsl mənasında, elm dalınca Çinə belə gedirlər. Bu da onunla əlaqəlidir ki, müasir dünyanın həqiqi milyonçularının çoxu elmi texnoloji sahənin mütəxəssisləridir. Elm-texnoloji inkişaf yaxın gələcəkdə yüzlərlə yeni peşə sahələri vəd edir. Bu da elmə dəyər verən ölkələrdə minlərlə yeni iş yerləri deməkdir. Məsələnin ən qanqaraldıcı tərəfi odur ki, bu gün oxumaq üçün yad ölkələrə gedən gənclərin çoxu ölkəsinə qayıdanda ixtisasına uyğun iş yeri tapa blməyəcək. Yəni İsrail universitetində gen mühədisliyi ixtisasına yiyələn gənc Azərbaycana qayıdıb harada işləyəcək? Ya biz gərək ona ixtisasının dəyərində maaş verib universitet müəllimi işləməsinə nail olaq, ya da təkcə onun üçün bir iş yeri açaq. Hər halda düşünürəm ki, bu məsələ ilə indidən maraqlanmaqda fayda vardır. 
Bundan ötrü Azərbaycan da, ən azı, Türkiyə qədər universitetli cəmiyyət olmağa can atmalıdır. Universitetli cəmiyyət nədir? Universitetli cəmiyyət odur ki, orda universitetlər tələbələrə yalnız mühazirə oxumaqla işlərini bitmiş hesab etmirlər, universitetlər cəmiyyətin həyatında da öz bilikləri ilə iştirak edirlər. Məsələn, Türkiyədə hansısa bir hadisə baş verir. Müzakirəyə və doğru qərarlara ehtiyac var. Hər telekanalın, yaxud qəzetin özünün əməkdaşlıq etdiyi universitet professorları, elmi işçilər var. Baş vermiş hadisə bu adamlarla müzakirə olunur mediada. Yəni universitet bir növ cəmiyyəti də məlumatlandırır, bilgiləndirir.  
Bizim ciməyyətdə də belə bir mühitin yaranmasına ehtiyac var. Çünki İranda baş verən son hadisələrdən sonra Azərbaycanda nə qədər insanın öz vətəninə biganə mövqedə olduğunu gördük. Öz vətəninə bu qədər yadlaşdırılma bir təbliğatın nəticəsidir. Ən güclü təbliğatın qarşısını isə ancaq biliklə, elmi, tarixi faktlarla almaq olar  
Din hələ bundan sonra da uzun müddət insanların beyinlərində öz üstün mövqeyini qoruyacaq. Və bundan istifadə edənlər də çox olacaq. İntellektual mühit dinin özünün də dəyişməyə məcbur edə bilir. Məsələn, xristianlıq heç də öz istəyi ilə yenilənmədi, onu buna məcbur etdilər. Əgər Vatikana axan vergilərə görə narahat olan alman hersoqları Martin Lüterin reformist ideyalarını dəstəkləməsəydilər, Avropada çox güman maarifçilik hərəkatı da yaranmayacaqdı. Maarifçiliyin nəticəsi olaraq modernizm şüuru da formalaşmayacaqdı.  
Ən dindar ölklələrdən biri olan ABŞ özü də dindarlığın önünə bütün dünyanın gözü olan məşhur universitetləri ilə çıxır. Düzdür, Riçard Doukinz "Tanrı illüziyası" kitabında yazır ki, Amerikaya köçən ilk avropalı xristianlar yeni qitəyə inkivizisiyası, "cadugər ovu", "cənnət qəbzləri" olan xristianlığı aparmadılar, sadəcə, tanrını onun içindən sıyırıb özləri ilə götürdülər. Amerikaya köç ənənəvi xristianlığa müxalif olan fikirlərin meydanını genişləndirdi və nəticədə qurucuları ateist olan ABŞ dövləti yarandı. Yəni dindar avropalılar "yeni torpaqlarda" atesit dövlət yaratdılar.  
Müsəlman dünyasında bu proseslər baş verməyib. Məsələn, biz müsəlmanların bu gün dünyanın ən böyük istehlakçı kütləsi olduğunu tənqid edəndə mühafizəkar qardaşlarımız belə bir arqumentə sığınırlar ki, burada pis nə var axı, şirkətlər istehsal edir, hamı alır, biz də alırıq. İstehlakçı cəmiyyətlə istehsalçı cəmiyyətin fərqi bazarda deyil, şüurdadır.  
Məsələn, sənaye dövrünün mexaniki dəzgahları bizə gəlib çıxdı, amma sənaye şüuru gəlmədi, yəni biz sənayeləşmiş cəmiyyətə xas olan həmkarlar ittifaqları, işçi haqları kimi sosial təsisatların fəlsəfəsini mənimsəmədik. Ağamız ağa, nökərimiz nökər olaraq qaldı, ağamızda fabrikant, nökərimizdə fəhlə şüuru formalaşmadı. Şüur formalaşmadığı üçün gələcəkdə bizi nə gözlədiyini izah edə bilmədik, enerjimizi keçmişin populyarlaşmasına xərclədik. Ona görə Sabirin satirası öz aktuallığını qoruya bildi. Yaxud bu gün dünyada insanların çox az pulla milyonlar qazandığı müasir texnologiyalara biz bir ucdan öz cibimizdən pul xərcləyirik. Çünki texnoloji avadanlığa sahibik, amma texnoloji şüurumuz yoxdur. 
Bu şüuru yaratmağın yolu üniversitet cəmiyyəti kimi formalaşmaqdan keçir.  /oxu.az

Sosial     Baxılıb: 429   Tarix: 26 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI

Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq. xəbər verir ki, bu barədə -a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib. O bildirib ki, ilkin mərhələdə 13 qəzalı binada sökünt

Samuxda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samuxda marketdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. "Report"un Qərb bürosuna istinadən xəbər verir ki, rayonun Lək kəndində yerləşən mağazaların birində 2 00 manat məbləğində tütün məmulatı oğurlanıb

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Yanvarın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərər görə, dağlıq və dağətəyi rayonlarda qar yağır

Qızılın qiyməti 5 min dolları ötüb

Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min dollar səviyyəsini keçib. xəbər verir ki, COMEX-də (aprel 2026 kontraktı) qızılın bir troya unsiyasının qiyməti 5 017 dollar təşkil edib ki, bu da sutk

Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb və hazırda zəif G1 səviyyəsindədir. xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. İnstitut nümayəndəsi bildirib ki, yüksək enliklərdə geomaqni

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

Xəzər Universitetinə yeni prorektor təyin edilib. xəbər verir ki, məlumat universitetin mətbuat xidmətindən təsdiq olunub. Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub

FHN əməkdaşları Xaçmazda köməksiz vəziyyətdə qalan kənd sakinini xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbua

Sahibkarlar üçün yeni qərar: Müddət daha bir il uzadıldı

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il uzadılacaq. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə ediləcək "Sahibkarlı

Bəzi doktorant və dərslik yazan işçilərə ödənişli məzuniyyət verilməsi məcburi olacaq

Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarında dəyişiklik ediləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvə


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber ensonxeberler kriminal xeberler sou biznes