İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər - AÇIQLAMA

İkinci və üçüncü uşağa görə verilən ödənişlər artırıla bilər - AÇIQLAMAAvropa ölkələrinin bir çoxunda doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda ailələrə maliyyə dəstəyi, vergi güzəştləri, əlçatan mənzil proqramları və işləyən valideynlər üçün sosial təminatlar genişləndirilib. Azərbaycanda da demoqrafik göstəricilərdə müşahidə olunan dəyişiklikləri nəzərə alsaq, beynəlxalq təcrübədə özünü doğrultmuş hansı preventiv tədbirlər yerli şəraitə uyğun şəkildə tətbiq oluna bilər?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, dünyanın bir çox ölkələrində sosial-demoqrafik siyasət, doğum səviyyəsinin azalması və əhalinin yaşlanması milli strategiyanın mühüm hissəsi hesab olunur və milli təhlükəsizlik məsələsi kimi diqqət mərkəzində saxlanılır:
"İnkişaf etmiş ölkələrin əksəriyyətində əhali artım tempinin azalması müşahidə olunur. Xüsusilə Avropada əhalinin qocalması prosesi daha qabarıq şəkildə özünü göstərir.
Son onilliklərdə demoqrafik tənəzzül qlobal əhali siyasətində aktual məsələlərdən birinə çevrilib. Bununla bağlı müxtəlif ölkələrdə fərqli sosial-iqtisadi təşəbbüslər və təşviq mexanizmləri tətbiq olunur. Beynəlxalq təcrübə göstərir ki, təkcə maliyyə yardımları və iqtisadi dəstək vasitəsilə doğum səviyyəsini uzunmüddətli artırmaq mümkün olmur.
Daha effektiv nəticələr kompleks ailə siyasətinin həyata keçirilməsi və ailələrin dövlət qayğısı ilə əhatə olunması sayəsində əldə edilir. Azərbaycan reallığı nəzərə alındıqda Macarıstan və Polşanın təcrübəsi nümunə göstərilə bilər. Bu ölkələrdə çoxuşaqlı ailələr üçün güzəştli ipoteka proqramları, dövlət subsidiyaları və vergi güzəştləri tətbiq olunur.
Azərbaycanda da mənzil problemi ailələrin ikinci və ya üçüncü uşağa sahib olmaq qərarına təsir edən əsas amillərdəndir. Təkcə dolanışıq deyil, gələcək təminatla bağlı narahatlıqlar da bu qərarlara təsir göstərir. Bu səbəbdən mənzil dəstəyi mexanizmləri, sosial güzəştlər, uşaq pulunun verilməsi və uşaqlara yönəlmiş sosial xidmətlərin genişləndirilməsi mühüm rol oynaya bilər".
Ekspert deyib ki, Skandinaviya ölkələri, Fransa və İsveç təcrübəsi göstərir ki, əlçatan bağça və məktəbəqədər təhsil sistemi qadınların əmək bazarında qalmasına şərait yaradır və daha çox uşaq sahibi olmaq qərarına müsbət təsir göstərir:
"Azərbaycanda da bənzər model tətbiq edilə bilər. Bununla yanaşı, işsizlik, gizli işsizlik və aşağı əməkhaqqı kimi problemlər nəzərə alınmalıdır. Bu baxımdan Azərbaycan və Avropa ölkələrinin sosial-iqtisadi göstəricilərini birbaşa müqayisə etmək çətindir.
Valideynlərin sosial müdafiəsinin gücləndirilməsi də mühüm istiqamətlərdəndir. Skandinaviya ölkələrində analarla yanaşı atalar üçün də müxtəlif güzəştlər nəzərdə tutulur. Bu model ailədaxili yükün daha balanslı bölüşdürülməsinə şərait yaradır. Azərbaycanda ailə və əmək siyasətinin əlaqələndirilməsi gənc ailələrin iş və ailə həyatını daha rahat uzlaşdırmasına kömək edə bilər. Bu, boşanmaların və abortların azalmasına da müsbət təsir göstərə bilər.
Asiya ölkələrində, xüsusilə Yaponiya, Cənubi Koreya, Sinqapur və Hindistanda ailələrin dəstəklənməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilir. Ailələrə verilən sosial dəstəyin uşaq sayı ilə əlaqələndirilməsi də müzakirə oluna bilər. Məsələn, ikinci və üçüncü uşağın doğulmasına görə vergi güzəştlərinin və sosial ödənişlərin artırılması demoqrafik problemlərin yumşaldılmasına kömək edə bilər. Azərbaycan üçün ən məqsədəuyğun yanaşma yerli şəraitə uyğunlaşdırılmış kompleks ailə siyasətinin həyata keçirilməsidir. Bu çərçivədə həm atanın, həm də ananın hüquqları bərabər qorunmalı, sosial dəstək mexanizmlərinə çıxış genişləndirilməlidir.
Eyni zamanda abortların azaldılması istiqamətində hüquqi, sosial və maarifləndirici tədbirlərin həyata keçirilməsi əhalinin artımına, sağlamlığın qorunmasına və gələcəkdə sosial təminat sisteminin dayanıqlılığına müsbət təsir göstərə bilər",- deyə o qeyd edib. / azxeber.com

Sosial       Tarix: 05 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun en son xeberler cəbhədən video son.xeberler