İlahə Abdullayevaya yeni vəzifə verildi

İlahə Abdullayevaya yeni vəzifə verildiİlahə Qismət qızı Abdullayeva Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsinə təyin edilib.
azxeber.com xəbər verir ki, İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub.
1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində "Fortepiano", "Muğam ifaçılığı" və "Bəstəkarlıq" ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Bəstəkarlıq" ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq "simfonik orkestr dirijorluğu" üzrə təhsil alıb. Təhsil illərində "Qara Qarayev" təqaüdünə layiq görülüb.
2016-cı ildə "Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri" adlı monoqrafiyası çap olunub. 2017-ci ildən Bakı Musiqi Akademiyasının doktorantı kimi fəaliyyət göstərib. "Azərbaycanın Şamaxı Bölgəsinin Ənənəvi Musiqisi" mövzusunda dissertasiya işini 22 oktyabr 2025-ci ildə uğurla müdafiə edib.
Tədqiqat fəaliyyəti çərçivəsində Kipr, Türkiyə, Qətər və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda çıxış edib, çoxsaylı elmi məqalələrin müəllifidir.
Bəstəkar kimi əsərləri ABŞ, İtaliya, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin səhnələrində səsləndirilib. Müxtəlif dövlərdə yerli və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. O, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Novus Via Music Festival və digər nüfuzlu festivalların iştirakçısı olub. 
Bəstəkar həmçinin  "Dədə Qorqud" və "Dəmir yumruq" baletlərinin müəllifidir.
2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır. 
2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun "Gənclərlə iş" Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib. 2026-cı ilin aprel ayından etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsini icra edir.
İlahə Abdullayevaya yeni vəzifə verildiİlahə Abdullayevaya yeni vəzifə verildiİlahə Abdullayevaya yeni vəzifə verildiİlahə Abdullayevaya yeni vəzifə verildi

Sosial       Tarix: 19 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeberlər son xəbərlər azərbaycanda kriminal bugun