İlham Əliyev: 2019 danışıqlar prosesində itirilmiş il oldu

İlham Əliyev: 2019 danışıqlar prosesində itirilmiş il oldu İlham Əliyev: 2019 danışıqlar prosesində itirilmiş il oldu
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsi zamanı 2019-cu ili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından itirilmiş il adlandırıb.
"Bu il münaqişənin tənzimlənməsi üçün itirilmiş il oldu. Bunun səbəbi Ermənistan tərəfinin tutarsız, ziddiyyətli və anlaşılmaz mövqeyidir", - deyə ölkə başçısı bildirib.
İlham Əliyev qeyd edib ki, Ermənistanın Baş naziri əvvəlcə Dağlıq Qarabağın guya müstəqil dövlət olduğunu və Azərbaycanın danışıqları onunla aparmalı olduğunu açıqlayıb.
"Bu danışıqlar prosesini pozmaq cəhdi idi, - nə biz, nə də həmsədrlər bununla razılaşa bilməzdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu mövzuda bəyanat verdilər, məndə olan məlumata görə, onlar Ermənistan rəhbərliyinə ciddi təsir ediblər", - Azərbaycan Prezidenti qeyd edib.
Azərbaycan Prezidenti əlavə edib ki, bunun ardınca Ermənistanın Baş naziri "Dağlıq Qarabağ – Ermənistandır və nöqtə" bəyanatını verib.
"Beləliklə, elə çıxır ki, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər elədirsə, o zaman biz mənim oktyabrda Soçidə "Valday" klubunda etdiyim kimi izah edə bilərik. Dağlıq Qarabağ – Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu həqiqətdir. Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənistan rəhbərliyi bu sadə həqiqəti anlayan kimi, biz danışıqlarda irəliləyiş edə bilərik", - deyə İlham Əliyev vurğulayıb. /oxu.az

Siyasi       Tarix: 01 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az xəbər az cəbhədən son məlumat meherremlik 2026