İlham Əliyev Astanada Putinlə görüşdü - YENİLƏNDİ

İlham Əliyev Astanada Putinlə görüşdü - YENİLƏNDİOktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
KONKRET.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin deyib:
-Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar.
Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.
Prezident İlham Əliyev deyib:
-Vladimir Vladimiroviç, Sizi yenidən görməyimə çox şadam. Siz tamamilə haqlısınız, biz müntəzəm görüşürük, demək olar, bu yaxınlarda Sankt-Peterburqda, o görüşə qədər isə ötən ay Səmərqənddə. Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.
Beləliklə, görüşmək fürsətinə görə bir daha təşəkkür edirəm. Əminəm ki, bu görüş də çox məhsuldar olacaq. Sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
17:57
Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı (AQEM) çərçivəsində görüş keçirilir.
KONKRET.az xəbər verir ki, məlumatı Rusiya KİV yayıb.

Siyasi       Tarix: 14 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxabar beynelxalq bank mezenne xeberler bu qun