İlham Əliyev Astanada "ŞƏT plyus" formatında görüşdə çıxış edib
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün "Müstəqillik" Sarayına gəldi.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısını qarşıladı.
Görüş iştirakçıları birgə foto çəkdirdilər.
Sonra tədbir iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi.
Daha sonra "ŞƏT plyus" formatında görüş keçirildi.
Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "ŞƏT plyus" formatında görüşdə iştirak edən dövlət və hökumət başçılarını salamladı və çıxış etdi.
Qazaxıstan Prezidenti Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxundu, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğulayaraq dedi:
- Biz bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında iqlim gündəliyi ilə bağlı həmrəyliyimizi nümayiş etdirə biləcəyik. Fürsətdən istifadə edərək, möhtərəm Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə bu qlobal tədbirin keçirilməsində uğurlar arzulayıram. / azxeber.com

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi