Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşirAlmaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, Aİ-də təxminən 2 trilyon avro təşkil edən növbəti yeddiillik büdcə ilə bağlı vahid mövqe yoxdur. Təxminən bir ildir davam edən danışıqlardan sonra da Avropa İttifaqı üzvləri kompromisdən uzaqdır.
İspaniyanın iqtisadiyyat naziri Karlos Kuерpo "Politico" qəzetində dərc olunan məqaləsində Aİ-nin ümumi xəzinəsinə əlavə yüz milyardlarla avro vəsait ayrılmasını, həmçinin Avropa İttifaqının pandemiyanın nəticələrinin aradan qaldırılması məqsədilə 2021-ci ildə üzərinə götürdüyü birgə borcun ödənilməsinin təxirə salınmasını təklif edib. Hazırkı plan Aİ ölkələrinin hökumətlərini borcların ödənilməsini sürətləndirməyə və növbəti büdcə dövründə hər il 25 milyard avro ayırmağa məcbur edir. Beləliklə, Kuерpo kənd təsərrüfatının, müdafiə sahəsinin maliyyələşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün ildə 11 milyard avronun sərbəst buraxılmasını təklif edir.
"Politico"nun məlumatına görə, onun təklifini Avropa Komissiyası və İtaliya, Fransa, Portuqaliya və Polşa da daxil olmaqla, getdikcə daha çox Aİ ölkəsi dəstəkləyir. Madridin hər iki təklifinə qarşı isə Almaniya, Danimarka, Niderland, Avstriya və Finlandiya liderləri çıxış ediblər. Onlar həmin gün "Politico"da dərc olunan birgə məqalədə mövqelərini açıqlayıblar.
"Maliyyələşmənin artırılması və borcun böyüdülməsi problemin həlli deyil, problemin özüdür", – deyə onlar bildiriblər.
Aİ büdcəsinin təxminən 40 faizini təmin edən beş ölkənin liderləri məqalədə vurğulayıblar: "Biz sadəcə olaraq hər yeni prioriteti artıq mövcud olanlara əlavə edə və xərcləri vergi ödəyicilərinin üzərinə yükləyə bilmərik".
Tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışan Avropa Şurasının sədri Antonio Koşta son bir ay ərzində Aİ-nin 25 ölkəsinə səfər edib. O, səfərlər zamanı hökumətlərlə Avropa İttifaqının növbəti büdcəsi ilə bağlı ən kəskin məsələləri müzakirə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 19 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün son xabar xəbər az bugünkü son xəbərlər