İlham Əliyev: "Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı

İlham Əliyev: "Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdıİlham Əliyev: "Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı"
"Azərbaycandan neft və neft məhsulları tədarükü olmadan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəsi mümkünsüz olardı".
Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan çatdırırdı. Bütün bunlar olmadan müharibədə qələbə mümkün olmazdı".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Milli Müdafiə" jurnalının yaxın günlərdə işıq üzü görəcək may sayı üçün müsahibəsində deyib.
Prezident qeyd edib ki, Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox nümayəndəsi iştirak edib və onlardan 300 mini həlak olub. Sovet İttifaqı Qəhrəmanlarından 120-dən çoxu Azərbaycandan gələnlərdir, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla mükafatlandırılıb.
"Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü yaxınlaşır. Biz tarixdəki bu günə xüsusi önəm veririk, döyüş meydanında və arxa cəbhədə qələbədə əməyi olanların xatirəsini dərin ehtiramla yad edirik, canları bahasına dünyanı faşizmdən xilas edən zabit və əsgərlərin şücaətinə minnətdarlığımızı bildiririk", - deyə İ.Əliyev bildirib.
Ölkə başçısı, həmçinin, Azərbaycanda yaradılan 416-cı Taqanroq Diviziyasının Qafqazdan Berlinə qədər şərəfli bir hərb yolu keçdiyini də xatırladıb.
"Bizim ölkəmizdə Böyük Vətən Müharibəsi cəbhələrində rəşadətlə döyüşərək, Azərbaycan bayrağını yüksəklərdə tutan, xalqımızın ən yaxşı keyfiyyətlərini -vətənpərvərlik, cəsarət, doğma vətəninin qorunmasında dəyanət nümayiş etdirmiş bu diviziyanın döyüşçülərinin şücaəti və cəsarəti ilə fəxr edirlər", - deyə Prezident vurğulayıb.

Siyasi       Tarix: 12 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar xeber.az 2026 en son xeberleri son xabarlar