İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumun iştirakçılarına müraciət etdi

İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumun iştirakçılarına müraciət etdiAzərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru" beynəlxalq forumun iştirakçılarına müraciət ünvanlayıb.
azxeber.com xəbər verir ki, mətndə deyilir:
"Hörmətli forum iştirakçıları!
Sizi – "Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru" mövzusunda keçirilən beynəlxalq forumun iştirakçılarını səmimi-qəlbdən salamlayır, forum çərçivəsində səmərəli müzakirələr və faydalı əməkdaşlıq arzulayıram.
Özünəməxsus inkişaf modeli ilə tanınan Azərbaycan, idarəetmə və əhaliyə dövlət xidmətləri göstərilməsi sahəsində də effektiv və çoxşaxəli islahatlar həyata keçirərək konseptual yeniliklərin müəllifi olmuşdur.
Belə unikal təşəbbüslərdən biri "ASAN xidmət" konsepsiyasıdır. Bununla da dövlət orqanları tərəfindən xidmətlər göstərilməsində vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması ideyalarını rəhbər tutan yeni xidmət modeli yaradılmış və bu model özünü uğurla doğrultmuşdur.
Bu uğur həm ölkə vətəndaşlarının müsbət rəyində, həm də beynəlxalq səviyyədə göstərilən maraq və münasibətdə özünü təcəssüm etdirir. "ASAN xidmət" təcrübəsi artıq bir sıra ölkələrdə tətbiq edilir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət xidmətləri mükafatına, 2019-cu ildə isə Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülən "ASAN xidmət" Azərbaycan brendinə çevrilmişdir. "Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası" yaradılmış, ICESCO-ya üzv olan dövlətlərdə və Afrika ölkələrində dövlət xidmətləri sahəsində müvafiq beynəlxalq təşkilatlarla birgə ASAN mükafatları təsis olunmuşdur.
BMT-nin İnsan Hüquqları Şurası "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamə qəbul edərək, beynəlxalq təşkilatları "ASAN xidmət"in uğurlu təcrübəsini təşviq etməyə çağırmışdır.
2022-ci ilin dekabr ayında ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlamasının 10-cu ilini qeyd edəcəyik. Bu gün "ASAN xidmət" mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.
Fəaliyyəti dövründə "ASAN xidmət" 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil etmişdir.
"ASAN xidmət" konsepsiyasının gətirdiyi digər bir yenilik xidmətin fəaliyyətə başladığı ilk gündən könüllülərin cəlb edilməsi olmuşdur. Könüllülər öz müsbət enerjiləri və müasir dünyagörüşləri ilə vətəndaşlara xidmət sahəsinə yeni nəfəs gətirmiş, beləliklə də Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almış və hazırda ictimai həyatın bütün sahələrində öz səmərəsini göstərməkdədir.
Ümidvaram ki, forumda aparılacaq geniş fikir mübadiləsi və məhsuldar müzakirələr dayanıqlı və innovativ dövlət xidmətlərinə nail olunmasına öz töhfəsini verəcəkdir".

Siyasi       Tarix: 15 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son dəqiqə xəbər.az xeber.az son xeberler