İlham Əliyev bu ədalətsizliyə son qoydu və Azərbaycan tarixi torpaqlarına qovuşdu

İlham Əliyev bu ədalətsizliyə son qoydu və Azərbaycan tarixi torpaqlarına qovuşdu"İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin xüsusi xidməti var. Bu xidmətlər təkcə xalq qarşısında deyil, bu həm də tarix qarşısında bir xidmətdir. Çünki 200 ildən artıqdır ki, Azərbaycan öz ərazilərini itirə-itirə gedirdi. İlham Əliyev uzun illərdən sonra bu ədalətsizliyə son qoyaraq Azərbaycanın itirilmiş ərazisini, sərhədlərini geri qaytardı"
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
İlham Əliyev bu ədalətsizliyə son qoydu və Azərbaycan tarixi torpaqlarına qovuşduPolitoloq prezident İlham Əliyevin orduya göstərdiyi diqqətdən bəhs edib:
"İlham Əliyevin prezident seçiləndən sonra orduya ayırdığı diqqəti, ordunun müasir silahlarla silahlandırılması, xarici dövlətlərlə dostluq münasibətlərinin qurulması onun güclü siyasət yürütdüyünü bir daha sübut edir. Bu, bir uğurlu siyasət idi, çünki 21-ci əsrdə ilk dəfə olaraq Azərbaycan xalqı müharibə yolu ilə öz ərazilərini bərpa etdi. Təbii ki, İlham Əliyev dövlət başçısı kimi öz üzərinə götürdüyü missiyanı uğurla həyata keçirtdi. Prezident İlham Əliyev müharibə vaxtı Azərbaycana qarşı müəyyən informasiya cəbhəsində də xüsusi rol oynadı, həm də müharihə cəbhəsində İlham Əliyevin xidmətləri misilsizdir. O, bu müharibəyə özü rəhbərlik edirdi". 
M.Əsədullazadə prezidentin digər ölkələrlə müttəfiqlik əlaqələrinin gücləndiyini bildirib:
"İkinci Qarabağ müharibəsində Türkiyəylə birgə koordinasiyalı çalışma, Türkiyənin fəaliyyəti və Şuşa Bəyənnaməsinin imzalanması birbaşa İlham Əliyevin xidmətlərinin nəticəsi idi. 
Çünki dövlət başçısı kimi qardaş ölkə ilə də mütəffiq əlaqələrini möhkəmləndirdi. Biz müasir dünyada eyni dildə, eyni dində, eyni kökdə olan dövlətlərin savaşını gördük, buna misal olaraq Rusiya-Ukrayna müharibəsini deyə bilərik. Amma İlham Əliyev məhz qardaş ölkə və beynəlxalq müstəvidə güclü olan ölkələrlə müttəfiqlik əlaqələrini daha da rəsmiləşdirdi".
Politoloq Qarabağda surətlə davam edən quruculuq işlərini prezidentin daha bir uğurlu siyasəti olduğunu bildirib:
"İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə yeni quruculuq işləri həyata keçirir. Müharibədən 2 il keçməsinə baxmayaraq, demək olar ki, böyük struktur layihələri, həmçinin dəmiryol-avtomobil yolları, Zəfər yolunun salınması Azərbaycan iqtisadiyyatının dayanıqlığını göstərdi. Azərbaycan heç bir beynəlxalq yardımdan asılı olmayaraq bu layihələri uğurla həyata keçirtdi. Biz təkcə döyüş meydanında deyil, masada da qalibiyyətimizi tanıtdıq. Bu gün İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün dünya Qarabağı Azərbaycanının tərkib hissəsi kimi tanıyır".
Ayşən Mirzəyeva

Siyasi       Tarix: 10 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler en son xeber son xeberler bugun 2026 azerbaycan sou xeberler