İlham Əliyev: 'Çexiyaya səfər dəvətini məmnuniyyətlə qəbul edirəm
Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımı bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə təşəkkür yer alıb.
azxeber.com xəbər verir ki, paylaşımda deyilir:
"Baş nazir Andrey Babiş, rəsmi səfərinizə və bu gün Qəbələdə apardığımız məzmunlu müzakirələrə görə təşəkkür edirəm. Bunun sizin Aİ hüdudlarından kənara ilk rəsmi səfəriniz olması ikiqat şərəflidir".
Əlavə edilib ki, siyasi münasibətlər möhkəmdir və bugünkü fikir mübadilələri Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da dərinləşdirilməsinə ümumi sadiqliyi bir daha təsdiqləyib:
"Ticarət dövriyyəmiz artıq sabit səviyyədə olsa da, biz iqtisadi əməkdaşlığımızın daha da strukturlaşdırılması və şaxələndirilməsi üçün aydın potensial görürük. Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizin nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə atılmış mühüm addımdır. Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik ki, bu da, xüsusilə, energetika, sənaye və digər əsas sektorlarda daha səmərəli əlaqələndirməyə kömək edəcək. Biz həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Çexiyaya səfər etmək barədə nəzakətli dəvətinizi məmnuniyyətlə qəbul edirəm və dostluğunuza və tərəfdaşlığınıza görə sizə bir daha təşəkkür edirəm".
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK