İlham Əliyev Çinin Baş naziri ilə görüşdü

İlham Əliyev Çinin Baş naziri ilə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb.
Bu gün imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın əhəmiyyətinə toxunuldu, onun münasibətlərimizin ruhunu və xarakterini əks etdirdiyi bildirilib.
Qeyd olunuv ki, münasibətlər qısa vaxtda – bir ildən də az müddətdə strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da öz növbəsində əlaqələrimizin inkişaf dinamikasını göstərir.
Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkə olduğu qeyd edilib, siyasi sahə ilə yanaşı, iqtisadi-ticari əlaqələrimizin inkişafından, həmçinin ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin 20 faiz artaraq 3,7 milyard dollar təşkil etməsindən və bu ilin 3 ayı ərzində əmtəə dövriyyəsinin 40 faizə yaxın çoxalmasından məmnunluq bildirilib.
Dövlət başçısı qeyd edib ki, Çin bizim birinci idxal tərəfdaşımız olmaqla yanaşı, həm də dördüncü ticarət tərəfdaşımızdır.
Prezident İlham Əliyev strateji tərəfdaşlıq haqqında Bəyannamənin bütün sahələrdə uğurla həyata keçirildiyini vurğulayaraq, Azərbaycanla Çinin Avrasiyanın bir çox ölkəsini əhatə edən nəqliyyat-logistika əməkdaşlığı sahəsində fəal səylər göstərdiyini deyib.
Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, Azərbaycanın və Çinin həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərməsi, ölkəmizin "Vahid Çin" siyasətini daim dəstəklədiyi qeyd edildi. Terrorçuluq, ekstremizm və separatizmlə mübarizədə ölkələrimizin səylərinə toxunulub.
BMT əsaslı beynəlxalq münasibətlər sisteminin Azərbaycan və Çin tərəfindən dəstəkləndiyi vurğulandı. Dövlətimizin başçısı bu xüsusda dedi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi mexanizmi yaradılmalıdır. Belə ki, Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən əziyyət çəkib.
Bakıda hökumətlərarası komissiyanın sonuncu iclasının və bu çərçivədə biznes forumunun keçirilməsi xatırlandı. Həmin tədbirdə Azərbaycan və Çin şirkətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalandığı vurğulanıb.
Çinin Baş naziri Orta Dəhlizin əhəmiyyətinə toxundu və bu marşrut üzrə daşımaların artmasını qeyd edib.
Azərbaycan və Çinin Orta Dəhlizinin yükötürmə imkanlarının daha da genişləndirilməsi istiqamətində birgə səylərinə toxunulub.
Görüşdə bərpaolunan enerji sahəsində, həmçinin neft-qaz sektorunda Azərbaycan ilə Çin şirkətləri arasında əməkdaşlıq imkanları və Çin texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə bağlı məsələlər müzakirə edildi, bu sahədə böyük investisiya imkanlarının olduğu bildirilib.
Həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində əməkdaşlıq müzakirə edilib.
Li Çianq qeyd edib ki, Çin tərəfi ərazilərin minalardan təmizlənməsi sahəsində humanitar dəstək göstərməyə hazırdır.
Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizanın ləğv olunmasının ardınca iki ölkə arasında vizaların qarşılıqlı şəkildə ləğvi haqqında sənədin imzalanmasının əhəmiyyətinə toxunuldu, bunun insanlararası təmasların və turizmin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.
Görüşdə kənd təsərrüfatı, o cümlədən baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikası sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu. Çinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti və ölkəmizin Rəqəmsal Transformasiya və Rəqəmsal İnkişaf Konsepsiyasını dəstəklədiyi vurğulanıb.
Söhbət zamanı mədəni-humanitar sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Heydər Əliyev Fondunun xətti ilə Çində həyata keçirilən layihələr məmnunluqla qeyd olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.
KONKRET.az bu barədə report-a istinadən xəbər verir.

Siyasi       Tarix: 23 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan havanın temperaturu xəbər.az xəbər az