İlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşdü - FOTOİlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Münhendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının icraçı direktorunu salamlayan Prezident İlham Əliyev deyib:
"Bu görüş gələcək əməkdaşlığımız haqqında danışmaq üçün yaxşı fürsətdir. İndiyədək tərəfdaşlığımız çox uğurlu olmuşdur. Uzun illərdir ki, bizə göstərdiyiniz dəstəyə görə sizə minnətdarıq. Bildiyiniz kimi, iqtisadiyyatımız indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək".
İcraçı direktor Aksel van Trotsenburq:
"Çox sağ olun cənab Prezident. Əvvəlcə Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının donor ölkəsi olduğu üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə pəncərəsindən faydalanmışdır. Hesab edirəm ki, bir ölkənin burada aparıcı rol oynaması, sonra isə yoxsul ölkələrlə həmrəy olan ölkələr klubuna qoşulması bir uğur hekayəsidir. Sizin 5 milyon dollar məbləğində töhfəniz çox yüksək qiymətləndirilmişdir. Çünki hesab edirəm ki, bununla biz sonda bəzi ölkələrin hələ də uzun yol qət etmək məcburiyyətində olduqlarına işarə etməsini unutmamalıyıq. Lakin ölkənizin timsalında siz artıq bu fazanı geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla üz-üzədir. Biz çox məmnunuq ki, Sizinlə bu məsələlər üzərində işləmək imkanına malikik. Hesab edirik ki, gələcək əməkdaşlıq üçün xüsusilə Mərkəzi Asiya önəmli bir bölgədir".
Prezident İlham Əliyev: "Çox sağ olun. Hesab edirəm ki, müstəqilliyin ilk illərində Dünya Bankından və başqa beynəlxalq maliyyə təşkilatlarından çoxlu maliyyə dəstəyi əldə etmiş Azərbaycanın indi donor ölkəyə çevrilməsi çox rəmzi xarakter daşıyır. Hesab edirik ki, bu, indi bizim öhdəliyimizdir, çünki biz də hazırda dəstəyə ehtiyacı olanların vəziyyətində olmuşuq. Biz pul, resurs olmadıqda, təqribən 50 faiz ətrafında yoxsulluq olduqda bunun nə qədər çətin olduğunu bilirik. Buna görə də həyata keçirdiyimiz islahatların əsas hədəfi iqtisadi inkişaf vasitəsilə əhalinin sosial rifah halını artırmaqdan ibarətdir. İndi isə əhalimiz arasında yoxsulluq həddində yaşayanların sayının 5 faizdən aşağı olması, düşünürəm ki, bəzi digər ölkələr üçün də yaxşı nümunədir. Bu, onu göstərir ki, yoxsulluq bununla barışaraq ömürlük yaşayacağınız bir şey deyil. Əgər siz xarici investisiyalar üçün acıqsınızsa, əgər siz maliyyə institutları ilə konstruktiv şəkildə işləyirsinizsə, əgər sizin inkişafa dair aydın baxışınız varsa bir gün siz bunun öhdəsindən gələcək və donor ölkəyə, iqtisadi və sosial vəziyyəti sabit olan bir ölkəyə çevriləcəksiniz. Buna görə bir daha sizə davamlı dəstəyinizə, nəinki Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına göstərdiyiniz dəstəyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz ümidvarıq ki, gələcəkdə bir çox digər sahələrdə məhsuldar əməkdaşlığımız davam edəcək".
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan yoxsulluğun əsaslı şəkildə azaldılmasına görə dünyada aparıcı ölkələrdən biridir.
12:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münhendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşdü - FOTOİlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşdü - FOTOİlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşdü - FOTO

Siyasi       Tarix: 15 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun