"İlham Əliyev Ermənistana növbəti önəmli mesajını verdi" – AÇIQLAMA
Şuşada keçirilən Dünya Azərbaycanlıların V Qurultayında çıxış edən İlham Əliyev bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı çıxışında sülh müqaviləsinin mətninin tezliklə hazırlana biləcəyini qeyd edib. Prezident eyni zamanda Azərbaycan Ordusunun istənilən vəzifəni icra edə biləcəyinə diqqət çəkib.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Elçin Mirzəbəyli cavablandırıb. O bildirib ki, İlham Əliyevin Şuşadakı çıxışı həm Ermənistana, həm də Cənubi Qafqazda sülh və əmin-amanlığa əngəl olanlara mesaj kimi qəbul edilməlidir: "Çünki Ermənistanın son davranışlarında biz xeyli dəyişikliklərin şahidi oluruq. Rəsmi Bakı tərəfindən təklif edilən beş baza prinsipinin qəbul olunduğunu söyləyən Nikol Paşinyan, digər tərəfdən Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən fikirlər səsləndirib. Şübhəsiz ki, 180 dərəcəlik dönüş və manverlər ədalətli və qalib tərəf olan Azərbayacanı qane edə bilməz. Bu aspektdən yanaşsaq İlham Əliyev qurultaydakı çıxışında Ermənistana növbəti önəmli mesajını verdi. Sülh müqaviləsinin imzalanması Ermənistanın davranışlarından asılıdır".
Politoloqun fikrincə, bu mesaj bölgədə sülhə mane olan qüvvələrə də ünvanlanıb: "Rəsmi İrəvan öz davranışlarına davam edərsə və götürdüyü öhdəliyi yerinə yetirmərsə, o zaman Azərbaycan öz tarixi həqiqətlərini ortaya qoyacaq və Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Belə olan halda Azərbaycan vaxtilə torpaqlarımızda formalaşan qondarma erməni dövləti ilə bağlı möqveyini sərgiləyəcək. Bu mənada Azərbaycan ordusu daim inkişaf etdirilir. Son dövrlərdə xüsusi təyinatlılarla bağlı tamamilə yeni addımlar atılır və onların sayı artırılır. Komanda birliklərinin yaradılması və ən müasir texnologiyaların tətbiqi ilə ordunun döyüş qabiliyyətinin artırılması Ermənistan üçün praktik mesaj kimi qəbul olunmalıdır. Şuşada səsləndirilən fikirlər Ermənistan tərəfindən ciddi qəbul olunmazsa və manipulyativ davranışlar davam edərsə onlar üçün acınacaqlı nəticələrə gətirib çıxara bilər".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik