İlham Əliyev "ExxonMobil" şirkətinin vitse-prezidentini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.
KONKRET.az xəbər verir ki, Con Ardill "ExxonMobil" şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş etdi.
Görüşdə "ExxonMobil" şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən "Azəri-Çıraq-Günəşli" layihəsində səhmdar qismində iştirakı qeyd olundu. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə "ExxonMobil" arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verildi.
Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd etdilər.
***
Prezident İlham Əliyev iyunun 2-də "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO