İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edibAzərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
azxeber.com-un məlumatına görə, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulandı.
Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirildi. Dövlət başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğuladı ki, bu, münasibətlərin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.
Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirdi.
Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.
İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu dedi.
Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan "Xəzər - Dostluq dənizi" devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunuldu.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Siyasi       Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun valyuta mezennesi 2026 xeberlər ən son xəbər