İlham Əliyev İran Prezidenti ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev İran Prezidenti ilə görüşdü - YENİLƏNİBNoyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
KONKRET.az  xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi dövlətimizin başçısını salamlayaraq deyib:
– Mərhəmətli və rəhimli Allahın adı ilə.
Mən çox şadam ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində biz Sizinlə görüşə, ikitərəfli və bizi maraqlandıran məsələləri müzakirə edə bildik. Xoşbəxtlikdən, əlaqələrimiz qənaətbəxş səviyyədədir və müxtəlif sahələrdə işlərimiz, layihələrimiz uğurla davam edir.
Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır.
Biz nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edirik. Ölkələrimiz arasında nəqliyyat işi getdikcə artır. Bu, həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bizim orada bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır.
Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur.
Biz əminik ki, Azərbaycan ilə İran arasındakı münasibətlər təkcə diplomatik qonşuluq əlaqələr deyil, bu, iki xalq arasında çox dərin münasibətlərdir.
Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar. Sizinlə görüşdən dərin sevinc duyduğumu bir daha təkrar edirəm.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
– Hörmətli cənab Prezident, mən də Sizi görməyimə çox şadam. Bu, ikitərəfli gündəliyin və regional əməkdaşlığın mühüm məsələlərinin müzakirəsi üçün yaxşı fürsətdir. Əvvəlki görüşlərimizi, həmçinin hər görüşdən sonra münasibətlərimizin inamlı inkişafına çox ciddi təkan verdiyimizi xatırlayıram. Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazisində suverenliyinin bərpası münasibətilə təbriklərinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Sentyabrda biz antiterror əməliyyatı keçirdik, nəticədə Azərbaycanda separatizmə son qoyuldu. Bu, Azərbaycanın daha fəal inkişafına şərait yaratmaqla yanaşı, həm də bütün regionda əlverişli mühit yaradır. Siz ikitərəfli münasibətlərimizin tarixində mühüm mərhələni, yəni, Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılmasını qeyd etdiniz. Bu, böyük perspektivi olan layihədir.
İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər.
Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq.
İki ölkənin yüksəksəviyyəli nümayəndələri arasında çox tez-tez və müntəzəm təmasların olmasını da məmnunluqla qeyd edərdim. İranın xarici işlər nazirinin səfəri, Azərbaycan Baş nazirinin müavininin səfəri, mənim nümayəndəmin səfəri və Sizin vaxt taparaq onları qəbul etməyiniz əlaqələrimizin davamlı inkişafından xəbər verir.
Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər.
x x x
Görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olundu. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 3+3 formatının əhəmiyyəti qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
14:26
Noyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Siyasi       Tarix: 10 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Serbiya prezidenti Aleksandar Vuçiç gözlənilməz açıqlama ilə gündəmə gəlib. KONKRET.azxəbər verir ki, Aleksandar Vuçiç Belqradda keçirilən hökumətyönlü mitinqdə çıxışı zamanı yaxın vaxtlarda prezident vəzifəsindən ayrılacağın

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətin

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək. "Report"a istinadən xəbər verir ki, bu barədə "AnewZ" telekanalı xəbər verir. Məlumata əsasən, bu səfər Avropa Komissiyas

Krım təcrid olunur? – Rusiya üçün təhlükəli ssenari

Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturun

Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başlayıb

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir. "Report"a istinadən xəbər verir ki, tədbirdə TDT-nin baş katibi, eləc

Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek

Türkiyənin müxalif "Vətən" partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini "ittifaqın dəfn mərasimi" adlandırıb. teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsraili

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

ABŞ Yaxın Şərqdəki bazalarını köçürməyə hazırlaşır

Pentaqon Yaxın Şərqdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə İrandan potensial zərəri azaltmaq üçün Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarını köçürməyi nəzərdən keçirir. KONKRET.azaxaraz-a istinadən xəbə

İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi

İran Xarici İşlər Nazirliyi ABŞ nümayəndələri ilə Qətərin paytaxtı Dohada yaxın günlərdə hər hansı danışıqların keçiriləcəyi barədə yayılan məlumatları rəsmən təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Baqai bildiri


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeberler cəbhədən son xəbər cəbhədən ən son xəbərlər cəbhədən video