İlham Əliyev Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO

İlham Əliyev Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTOİlham Əliyev Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moldova Prezidentini salamlayan Prezident İlham Əliyev deyib:
- İqor Nikolayeviç, Sizi bir daha görməyimə şadam. Biz beynəlxalq tədbirlərdə müntəzəm görüşürük və bir daha görüşmək, gündəliyə nəzər salmaq, əməkdaşlığın inkişafının gələcək yollarını müəyyən etmək üçün hər hansı platformadan istifadə etmək ənənəsini davam etdiririk. İl yeni başlayıb. Ona görə də düşünürəm ki, bu il bizim münasibətlərimiz üçün məhsuldar olmalıdır. Nəzərdə tutduqlarımız prinsipcə yerinə yetirilir. Mövcud əlaqələr münasibətlərimizin fəal inkişaf etdiyini göstərir. Biz Sizinlə münasibətləri konkret iqtisadi amillərlə zənginləşdirmək haqqında fikir mübadiləsi aparmışıq. Düşünürəm ki, bu il daha fəal iqtisadi əməkdaşlıq olacaq. Əlbəttə, bizim əlaqələrimiz davam etdiriləcək. Ona görə də düşünürəm ki, bu il də münasibətlərimiz üçün müsbət olacaq. Bizim münasibətlərimiz dostluq münasibətləridir. Biz həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Əlbəttə, ölkəmizə Sizin səfərinizi xatırlayıram. Bu cür fəal siyasi dialoqun davam etməsi üçün Sizi bu il planlaşdırılan beynəlxalq tədbirlərdə yenidən səbirsizliklə gözləyirik.
Prezident İqor Dodon deyib:
- Hörmətli cənab Prezident, əvvəla Sizinlə Münxendə mühüm beynəlxalq tədbirdə görüşməyimə çox şadam. Bizim ikitərəfli münasibətlərimizin çox yaxşı dinamikasını qeyd etmək istəyirəm. İmzaladığımız sazişlər faktiki olaraq əlaqələrimizin bütün spektrini əhatə edir. Sizi parlament seçkilərinin keçirilməsi, partiyanızın əldə etdiyi nəticələr münasibətilə təbrik edirəm. Bilirəm, seçkiləri bizim də müşahidəçilərimiz, həmçinin Prezident tərəfdarı olan Sosialistlər Partiyasının nümayəndələri də izləyiblər. Onlar təşkilati işlərin çox yaxşı səviyyəsini qeyd ediblər, demokratik seçkilər keçirilib. Sizi bu münasibətlə təbrik edirik.
Bu il bizim ikitərəfli münasibətlərimiz üçün çox vacib ildir. Biz hələ 2017-ci ildə Sizinlə Moldovada, Qaqauzda bir sosial layihəyə başladıq. Sizi bir daha rəsmi olaraq Moldova Respublikasına dəvət etmək istəyirəm. Bu il biz artıq onun açılışını etməliyik. Ümidvaram ki, bu il Sizin rəsmi səfəriniz olacaq. Biz bir neçə mühüm tədbir keçirəcəyik. Hökumətlərarası Komissiyanın iclasını keçirmək lazımdır. Bilirsiniz, indi Moldovada mənim keçmiş müşavirim cənab Kiku İon Vasilyeviçin başçılıq etdiyi yeni hökumət fəaliyyət göstərir. Biz artıq öz tərəfimizdən Hökumətlərarası Komissiyanın yeni heyətini təsdiq etmişik. Ümidvaram ki, yaxın vaxtlarda həmsədrlərin Hökumətlərarası Komissiyanın iclasına hazırlıq üçün görüşü olacaq. O, bizdə də, Sizdə də keçirilə bilər. Bu, bizim Sizinlə razılaşmamızdan asılıdır. Lakin çox ümidvarıq ki, yaxın aylarda Siz rəsmi səfərlə bizim ölkəmizə gələcəksiniz.
Prezident İlham Əliyev: Dəvətə görə sağ olun. Gözəl Moldovaya səfər etmək imkanından məmnuniyyətlə istifadə edəcəyəm. Mənim çox yaxşı xatirələrim var.
20:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.
Bu barədə AZƏRTACməlumat yayıb. 
İlham Əliyev Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTOİlham Əliyev Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTOİlham Əliyev Moldova Prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal xeber bugünkü son xəbərlər xeber.az bu gun