İlham Əliyev Qələbənin 76-cı ildönümü münasibətilə Vladimir Putini təbrik etdi
İlham Əliyev Qələbənin 76-cı ildönümü münasibətilə Vladimir Putini təbrik etdi
Böyük Vətən müharibəsi illərində Azərbaycan və Rusiya xalqlarının dostluq və qarşılıqlı dəstək ənənələri iki ölkə arasında davamlı olaraq böyüməyə davam edəcək çoxşaxəli və strateji tərəfdaşlığın təməlini qoyub.
TASS-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə müharibədə qələbənin 76-cı ildönümü münasibətilə təbrikində bildirib.
"Əminəm ki, Böyük Vətən Müharibəsində ağır sınaqlara şərəflə qalib gələn xalqlarımızın dostluq və qarşılıqlı dəstək ənənələri bundan sonra da ölkələrimiz arasında strateji tərəfdaşlığın və çoxşaxəli qarşılıqlı əlaqələrimizin möhkəmlənməsi üçün etibarlı təməl rolunu oynayacaq", - deyə məktubda bildirilib.
Azərbaycan Prezidenti müharibə veteranlarına, arxa cəbhə əməkçilərinə, eləcə də bütün dost Rusiya xalqına xoşbəxtlik, firavanlıq və uğur arzulayıb.
"9 May xalqlarımızın şanlı salnaməsində misilsiz bir cəsarət, qəhrəmanlıq və fədakarlıq rəmzi olaraq xüsusi yer tutur. Döyüş meydanlarında və arxa cəbhədə göstərilən dözümlülük, möhkəmlik və həmrəylik bəşəriyyət tarixində ən qanlı və dağıdıcı müharibənin nəticəsini müəyyənləşdirdi, faşizmin sarsılmasında əsaslı rol oynadı", - deyə İlham Əliyev vurğulayıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar