İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin X sosial media hesabında bildirilib.
Telefon danışığı zamanı liderlər Azərbaycan ilə Pakistan arasındakı qardaşlıq və strateji münasibətləri bir daha təsdiqləyib, energetika, ticarət və xalqlararası təmaslar da daxil olmaqla, əsas sahələr üzrə əməkdaşlığın davamlı olaraq genişlənməsini məmnunluqla qeyd ediblər.
Baş nazir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasının əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyinin irəli aparılmasında ev sahibi kimi rolunu vurğulayıb.
Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və tədbirin şəhərsalma gündəliyi üçün aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini qeyd edib.
Baş nazir Şahbaz Şərif vacib işlərlə əlaqədar tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın sessiyada yüksək səviyyədə təmsil olunacağını deyib.
Tərəflər, həmçinin regional proseslər, xüsusilə Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi və gərginliyin azaldılması istiqamətindəki uğurlu təşəbbüslərini yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq etimadın göstəricisi olduğunu qeyd edib.
Liderlər sıx təmasda olmaq barədə razılığa gəliblər.
Baş nazir Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.
Dövlətimizin başçısı dəvəti məmnuniyyətlə qəbul edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK