İlham Əliyev və Mehriban Əliyeva Ramiz Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladılar

İlham Əliyev və Mehriban Əliyeva Ramiz Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladılarAzərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədov 2021-ci il iyunun 7-də ömrünün yetmiş ikinci ilində vəfat edib.
Ramiz Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil alıb, 1974–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçib və 1977–1980-ci illərdə həmin İnstitutun aspiranturasında oxuyub.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyasında kiçik elmi işçi kimi başlayan Ramiz Məmmədov 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində laboratoriya və şöbə müdiri vəzifələrində çalışıb, 1986–1991-ci illərdə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutlarında davam etdirib, 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-ci ildən isə həmin İnstitutun elmi işlər üzrə direktor müavini işləyib. O, 2012-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olub.
Ramiz Məmmədov 1980-ci ildə okeanologiya ixtisası üzrə namizədlik, 1996-cı ildə hidrologiya, su ehtiyatları və hidrokimya ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə edib. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Akademik Ramiz Məmmədovun tədqiqatlarının əsas istiqamətlərini Xəzər dənizinin aktual problemləri – iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri, habelə Xəzərin geofizikası və ekocoğrafiyası məsələləri təşkil edib. Coğrafiyaşünas-alim, həmçinin Azərbaycanda səhralaşma prosesinin, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi problemlərinin əhatəli öyrənilməsinə xüsusi diqqət yetirib.
Ramiz Məmmədov ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan 300-dək elmi əsərin müəllifidir. Məhsuldar elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edən alimin rəhbərliyi ilə coğrafiya sahəsində 20-yə yaxın fəlsəfə və elmlər doktoru hazırlanıb. Ramiz Məmmədov bir sıra beynəlxalq ekspedisiyaların iştirakçısı olub, mötəbər konfrans və simpoziumlardakı çoxsaylı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.
Akademik Ramiz Məmmədovun səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. O, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 2020-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Ramiz Mehdiyev
Akif Əlizadə
İbrahim Quliyev
Arif Həşimov
Rasim Əliquliyev

Sosial       Tarix: 07 iyun 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber en son xeberler bu gun son xeber az iqtisadiyyat xeberleri bugun