İlham Əliyevin çıxışı BƏƏ KİV-lərində geniş işıqlandırıldı - FOTO

İlham Əliyevin çıxışı BƏƏ KİV-lərində geniş işıqlandırıldı - FOTOAzərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı BƏƏ mətbuatı tərəfindən geniş işıqlandırılıb.
KONKRET.az xəbər verir ki, bu ölkənin rəsmi WAM informasiya agentliyi Prezident İlham Əliyevin çıxışının ərəb və ingilis dillərində icmalını dərc edib. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmədiklərini bildirib. O vurğulayıb ki, ölkəsinin enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin edilib və bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Prezidentin sözlərinə görə, bərpaolunan enerji ilə bağlı proqram tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, Azərbaycan onun sayəsində ixracını şaxələndirəcək və nəticədə iqtisadiyyatın yeni ekoloji təmiz sektoru yaranacaq.
WAM-ın icmalında, eyni zamanda, diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev "Masdar" və Azərbaycan Dövlət Neft Şirkətinin 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair imzaladıqları razılaşmanın hələ qısamüddətli bir layihə olduğunu, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını söyləyib. O əlavə edib ki, bununla bağlı yol xəritəsi var və yalnız həmin layihə nəticəsində "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Bütövlükdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisi istehsal etmək imkanı yaradacaq.
"Əl Xalic", "Əl-Ayn" portallarında dərc olunmuş məqalələrdə isə Prezident İlham Əliyevin çıxışından əsas məqamlar yer alıb. "Prezident İlham Əliyev: Azərbaycan yaşıl enerjinin mühüm ixrac mənbəyinə çevriləcək" sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanlarının mövcud olduğunu bildirib. O vurğulayıb: "Bizə kifayət qədər ixrac marşrutları lazımdır və təbii ki, bütün bu layihələr mərhələli şəkildə icra edilir".
Məqalədə, həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu, neft və qaz sektoruna böyük sərmayələr cəlb edildiyini söyləyib və hazırda hədəfin bərpaolunan enerji olduğunu vurğulayıb. Dövlət başçısı, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən də danışıb.
İlham Əliyevin çıxışı BƏƏ KİV-lərində geniş işıqlandırıldı - FOTO

Siyasi       Tarix: 17 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun siyaseti xeberler bugun cəbhədən son durum cəbhədən xəbərlər