İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL

İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL
Mayın 10-da Prezident İlham Əliyevin iş qrafiki kifayət qədər gərgin idi, ölkə başçısının həm Naxçıvan Muxtar Respublikasına səfəri, ardınca isə, Bakıda  Rusiya Xarici İşlər naziri Sergey Lavrovu qəbul etməsi diqqət çəkir.
İlham Əliyevin Naxçıvan səfərini Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi kontekstində nəzərdən keçirərkən bir neçə məqamı qeyd etmək yerinə düşər.
Birincisi, İlham Əliyev Naxçıvanda hərbi aerodromun açılışında iştirak etdi ki, bu da genişmiqyaslı təhlükəsizlik tədbirlərinin komponentlərini özündə birləşdirir. Naxçıvanda hərbi aerodromun olması muxtar respublikanın təhlükəsizliyini gücləndirir, bu isə ümumilikdə Azərbaycanın cənub-qərb sərhədlərinin möhkəmlənməsi deməkdir.
İkincisi, Prezident AzTV-yə müsahibəsində deyib ki, Azərbaycan ordusunun arsenalında olan ən müasir silahların bir qismi Naxçıvanda yerləşdirilib. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun əlini ən müasir silah və texnikalarla gücləndirilməsi Naxçıvana qarşı təhdidlərə duruş gətirmək qabiliyyətindədir ki, bu da Naxçıvanla sərhəddə yerləşən Ermənistana xəbərdarlıq mesajının tərkib hissəsidir.
İlham Əliyevin Zəngəzur dəhlizinin reallaşması üçün danışıqların aparıldığı ərəfədə Naxçıvana səfərinin həm də simvolik mənası var.
Zəngəzur dəhlizi Naxçıvanın timsalında bütün Azərbaycan üçün yeni iqtisadi imkanlar deməkdir, dəhliz açılanda, Naxçıvanın ölkəmizin digər bölgələrlə quru əlaqəsi yaranacaq.
İlham Əliyev AzTV-yə müsahibəsində bildirib ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu koridor mütləq açılmalıdır.
Prezident bu məsələdə Ermənistanın ortalığa əks mövqe qoya bilməyəcəyini də deyib. Dövlət başçısı Ermənistanın dəmir yollarının Rusiyaya məxsus olduğunu xatırladıb və danışıqların Rusiya ilə aparıldığını bildirib.
Bu o deməkdir ki, Ermənistan bu məsələdə müstəqil iradə ortaya qoya bilməz və əvvəl-axır Zəngəzur dəhlizinin reallaşması ilə barışmalı olacaq.
İlham Əliyev müsahibədə Qarabağda ermənilərə hər hansı statusun verilməyəcəyini də diqqətə çatdırıb və xəbərdarlıq edib ki, Azərbaycanı əsəbiləşdirməmək və münasibətləri gərginləşdirməmək üçün nə status haqqında, nə də münaqişə haqqında hər hansı bir açıqlama verilməməlidir.
Lavrov gələr-gəlməz İlham Əliyevin qəbulunda oldu
Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya gələr-gəlməz Prezidentin qəbulunda olması, Prezidentin Rusiya nümayəndə heyətinin nəzərinə bir sıra vacib məqamları çatdırması rəsmi Bakının mövqeyinin qəti olduğunu ortaya qoyur.
İlham Əliyev Ermənistanda Azərbaycana qarşı revanşizmin alovlanmasının İrəvanın özünə baha başa gələcəyini xəbərdarlıq etdi, həm də Rusiyadan da aydın mövqe ortaya qoyulması ilə bağlı tələbləri səsləndirdi. Məhz buna görədir ki, İlham Əliyev Rusiya ilə bundan sonra qarşılıqlı əlaqə şəklində regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid etdiyini deyib.
İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL "Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq", - deyə İlham Əliyev söyləyib.
Bunlar nə deməkdir?
Birincisi, Azərbaycan Rusiyaya öz missiyasını xatırladır və Moskvanın 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Ermənistana münasibətdə daha korrekt mövqe sərgiləməsini istəyir.
İkincisi, Ermənistanda revanşizm platforması təkcə daxildəki millətçi kəsimdən yox, həm də Ermənistanın havadarlarının İrəvanın xeyrinə atdığı addımlardan qidalanır.
İlham Əliyev Naxçıvanda AzTV-yə verdiyi müsahibədə bu məsələyə toxunub və Ermənistana dəstək göstərən ölkələrə mesaj verib.
İlham Əliyevin müsahibədə "əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar" sözlərini deməklə Ermənistanın qeyri-konstruktiv mövqeyinin güclənməsinə zəmin yaradan xarici amilləri də qabartmış olub.
İlham Əliyevin Ermənistanda revanşist fikirlər üçün nə güc, nə də  iradə olduğunu deməsi də bu arqumenti gücləndirir.
İlham Əliyevin Naxçıvandakı bəyanatlarının ardından diplomatik masa arxasında Lavrova da eyni məzmunlu ismarıclar verməsi onu göstərir ki, Azərbaycanın mövqeyi birmənalı və qətidir.
Bütün bunlardan aşağıdakı nəticələri çıxara bilərik:
1. Azərbaycan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün nöqtəsinə qədər icrası üçün Rusiyanın vəzifələrini xatırladır.
2. Ermənistandakı revanşizmin alovlanmasında maraqlı olan qüvvələr də verilən mesajlardan öz payını almalıdır.
3. Ermənistana dəstək verilməsi fonunda bu ölkədə revanşizm alovlansa belə, Azərbaycan ikinci "Dəmir yumruğ"u işə salacaq, bunun üçün həm hərbi potensial, həm də güclü siyasi iradə mövcuddur.
Aqşin Kərimov

Siyasi       Tarix: 11 may 2021
f Paylaş

Oxşar xəbərlər

Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavablar

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO

İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb. xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzaye

Belə avtomobillə heç yerə getmərəm' - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib. APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərind

Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavəndin Quzeyxırman kəndində sakinlərlə görüşündə 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışını əks etdirən video paylaşılıb. xəbər verir ki, videod

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari cəbhədən görüntüleri cəbhədən görüntülər xeber az