İlham Əliyevin təbrik məktubu Arif Ağakişiyevə təqdim edilib

İlham Əliyevin təbrik məktubu Arif Ağakişiyevə təqdim edilibAzərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin tanınmış ictimai-siyasi xadim və diplomat Arif Ağakişiyevin 90 illiyi münasibəti ilə təbrik məktubunu yubilyara təqdim edib.
"Report"un Rusiya bürosunun məlumatına görə, tanınmış ictimai-siyasi xadim, diplomat, ötən əsrin 60-cı illərində Şuşa Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Arif Ağakişiyev 90 illik yubileyini qeyd edir.
Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev yubilyara təbrik məktubu ünvanlayıb.
Məktubda bildirilir ki, ötən əsrin 60-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş Arif Ağakişiyev ölkəmizin inkişafı üçün vacib işlər görüb. A.Ağakişiyev Şuşada rəhbər vəzifədə çalışdığı müddətdə şəhərdə geniş quruculuq işləri görülüb, bir sıra yeniliklər tətbiq edilib. "Sonradan siz Azərbaycanın o dövrki rəhbəri, Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə SSRİ Ali Diplomatiya Məktəbində respublikamızı layiqincə təmsil etmiş, diplomat olaraq fəaliyyətinizi davam etdirmizisiniz", - deyə məktubda qeyd olunur.
Dövlətimizin başçısı məktubda vurğulayıb ki, ömrünün böyük hissəsini Vətəndən kənarda yaşamasına baxmayaraq, Arif Ağakişiyev Azərbaycana qəlbən bağlı qalıb, ölkədə gedən prosesləri diqqətlə izləyib. "Əminəm ki, hər bir azərbaycanlı kimi siz də Qarabağımız və onun tacı olan Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırsınız", - deyə təbrik məktubunda qeyd edilib.
Arif Ağakişiyev təbrikə görə dərin minnətdarlığını bildirib və qeyd edib ki, 50 ildən çoxdur Moskvada yaşamasına baxmayaraq, Azərbaycan ilə əlaqələrini kəsməyib. "Bu təbrik məktubunu böyük qürur hissi ilə qəbul etdim. SSRİ dönəmində xarici ölkələrdə diplomat kimi çalışdığım dövrdə də hər zaman, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub və inkişaf edir", - deyə A.Ağakişiyev vurğulayıb. Yubilyar İkinci Qarabağ müharibəsinin gedişini diqqətlə izlədiyini, Qarabağın, Şuşanın işğaldan azad olunması xəbərini böyük sevinclə qarşıladığını xüsusi qeyd edib.
Daha sonra səfir Polad Bülbüloğlu və Arif Ağakişiyev Şuşa ilə bağlı xatirlərini bölüşüblər

Siyasi       Tarix: 25 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cəbhədən ən son xəbər xeberler qarabag