İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olubİlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bu barədə "BelTA" agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə edib, aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Lukaşenko Belarusa karbohidrogenlərin tədarükünə görə Əliyevə təşəkkür edib. Dövlət başçıları məmnunluqla ölkələr arasında ticarət dövriyyəsinin artmasını və ikitərəfli münasibətlərin inkişafında böyük potensialın olduğunu qeyd ediblər.
Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə danışaraq, bir müddət əvvəl ortaya çıxan məlum hadisə ilə bağlı Azərbaycanın mövqeyini bildirib.
Lukaşenko qeyd edib ki, Belarus vəziyyətin yaxın günlərdə həll olunacağına ümid edir.
İkitərəfli Belarus-Azərbaycan gündəliyinə gəlincə, dövlət başçıları Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunan əməkdaşlıq sahələrini və razılaşmaların həyata keçirilməsini əsaslı şəkildə müzakirə ediblər. Yaxın gələcəkdə Azərbaycanın şəhərsalma üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Belarusa gələcək, belaruslu həmkarları ilə birlikdə azad edilmiş ərazilərdə tikinti işlərinə başlamaq üçün plan hazırlanacaq.
Bundan əlavə, Azərbaycandan kənd təsərrüfatı heyətinin gəlməsi də gözlənilir.
"Ümumiyyətlə, qarşıdakı görüşlər çərçivəsində Belarus inşaatçılarının və digər mütəxəssislərin Azərbaycanda işi üçün konkret planlar tərtib ediləcək", - deyə mətbuat xidmətindən bildirilib. /oxu.az

Siyasi       Tarix: 22 may 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat