İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - TatarŞimali Kipr Türk Cümhuriyyəti, Türkiyə ilə yanaşı, Azərbaycan üçün də çox önəmlidir.
KONKRET.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar mayın 8-də "ARB24" telekanalının canlı yayımında deyib.
"Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdi ki, Qafqaz, Anadolu və Aralıq dənizinə diqqət edin, bu bölgə bizim üçün çox önəmlidir. Çünki Azərbaycanın neft və qazı borularla Anadoluya, Ceyhana, oradan da İskəndərun və Qərb dünyasına gedir. Kipr də bu baxımdan önəmli bölgədir. Kipr başqalarının əlinə keçsə, bu ticarət yolları təhlükə altına düşə və başqalarının müdaxiləsinə məruz qala bilər. Mavi Vətən – ətrafdakı dənizlər, xüsusən də Aralıq dənizi, Azərbaycan və Türkiyə üçün çox böyük önəmə malikdir. Kipr Aralıq dənizinə açılan qapıdır", – dövlət başçısı bildirib.
Ərsin Tatar qeyd edib ki, Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti bir ailədir- bir millət, üç dövlətdir:
"Hamımız bir millətin övladlarıyıq, qardaşıq. Biz özümüzü Azərbaycanla belə görürük, bu qədər yaxınıq. Çox sayda azərbaycanlı bizimlə birlikdə yaşayır, Azərbaycana çox güvənirik, İlham Əliyevi çox sevirik. İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki, Kipr türklərinin arxasındadır. Azərbaycan milli mübarizəmizə böyük dəstək verir, çox təşəkkür edirəm".
Prezident Şimali Kiprin mövcudluğu üçün mübarizəni davam etdirəcəklərini vurğulayıb:
"Bizim məqsədimiz Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini və burada türk kimliyini qorumaqdır. Biz o tərəfə (Kiprin yunan tərəfinə – red.) təslim olsaq, bizim türklüyümüz əldən gedər və burada ancaq yunan xalqı qalar. Bu, bizim milli mübarizəmizə dəstək verən Türkiyəyə böyük haqsızlıq olardı, Azərbaycana da, bizi dəstəkləyən digərlərinə də haqsızlıq olardı. Xüsusən də Türkiyəyə…".
Şimali Kiprin Türk Dövlətləri Təşkilatına mümkün üzvlüyü ilə bağlı suala Prezident Tatar belə cavab verib:
"Digər türk cümhuriyyətlərinin də bizimlə əməkdaşlığı gücləndirəcəyini gözləyirəm. Düzdür, bəzi türk dövlətləri Avropa Birliyinin təzyiqi ilə Cənubi Kiprlə yaxınlaşmağa çalışırlar. Amma bu gün Özbəkistan, Qazaxıstan və Türkmənistandan minlərlə insan Şimali Kiprdə yaşayır. Bizim onlarla bağlarımız var, onların da bizimlə bağları mövcuddur, bunu bilirlər.
Bütün türk dünyasının dəstəyini gözləyirik. Yolumuz bizi bitirmək istəyən Avropa Birliyinə yox, türk dünyasına doğru gedir.
Cənab İlham Əliyev türk dünyasının birliyi və bərabərliyinə çox böyük önəm verir. Türk dünyası birlikdə olmalıdır. İlham Əliyevin bizə verdiyi dəstəyi təqdir edirəm. İnşallah, digər türk dövlətlərindən də bu dəstəyi görəcəyik. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan birlikdə böyük gücdür".

Siyasi       Tarix: 08 may 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən görüntüleri bugünkü son xəbərlər xeber.az