İlin əvvəlindən etibarən Azərbaycanın beynəlxalq hava limanları təxminən 4,5 milyon insana xidmət göstərib

İlin əvvəlindən etibarən Azərbaycanın beynəlxalq hava limanları təxminən 4,5 milyon insana xidmət göstəribİlin əvvəlindən etibarən Azərbaycanın beynəlxalq hava limanları təxminən 4,5 milyon insana xidmət göstərib
2022-ci ilin oktyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 507 min sərnişinə xidmət göstərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, cari ilin 10 ayı ərzində bu göstərici 4,4 milyon nəfəri ötüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 429 min sərnişin düşür ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
AZAL və "Buta Airways" aviaşirkətləri oktyabr ayı ərzində 105 min sərnişinə və beynəlxalq reyslər üzrə 58 min sərnişinə xidmət göstəriblər. Bu, beynəlxalq daşımaların ümumi sayının 38% təşkil edir.
2022-ci ilin oktyabr ayında 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirib. AZAL və "Buta Airways" aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin "Aeroflot", "Turkish Airlines", "Utair", "FlyDubai" və "WizzAir" aviaşirkətləri tərəfindən daşınıb.
Oktyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olub.
Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.
Bundan əlavə "Skytrax" tərəfindən Bakı hava limanını ən yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb. / oxu.az

Turizm       Tarix: 11 noyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler bugun sonxəbər son xeberler az