"İlin sonuna qədər Əliyev və Paşinyan arasında görüş baş tuta bilər" - Simonyan
"İlin sonuna qədər Əliyev və Paşinyan arasında görüş ola bilər".
KONKRET.az xəbər verir ki, bu barədə dekabrın 7-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. O, ilin sonuna qədər Əliyevlə Paşinyan arasında görüş keçiriləcəyini istisna etməyib.
"Ola bilsin ki, ayın sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutsun.
Görüşün harada keçiriləcəyi barədə məlumat yoxdur. Lakin biz təkcə Brüsseldə görüş variantı ilə məhdudlaşmırıq. Biz istənilən mənalı müzakirəyə hazırıq. Bilirsiniz ki, dünən Baş nazirin müavinlərinin görüşü olub və növbəti görüşlə bağlı razılıq əldə olunub".
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin görüşünün dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev görüşün baş tutmayacağını bildirib, çünki Ermənistan əvvəlki kimi Fransa Prezidentinin də görüşdə olmasını təkid edir.
Xuraman Etibarlı,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı